"Feysbukda çox adam səhv buraxır" - Rəşad Məcid
“Feysbukda çox adam səhv buraxır. Mən səhvsiz yazmağa çalışıram. Amma korrektura məhvindən heç kim sığortalanmayıb”.
Gender.az xəbər verir ki, bunu AYB-nin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.
“Bəzi adamlar dünənə qədər "ə” əvəzinə “e” yazırdılar. O qədər ciddi adamlar var ki, "da-də"ni harada ayrı, harada bitişik yazacaqlarını bilmirlər. "Grammar Azi” səhifəsi var. Mən onu çox bəyənirəm. Hətta məmurların səhvi olanda belə irad tutur. Belə qınaqlar feysbuku arıtlayacaq, istifadəçilərin daha təmiz yazmasına gətirib çıxaracaq. Amma belə məqamıardan istifadə edən fürsətcillərin hörmətli adamları məsxərəyə qoyması, dəyərləri hörmətdən salmağa çalışması düzgün deyil” – R.Məcid qeyd edib.
Tarix: 23 avqust 2023
Baxış: 273
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş