Xəbər lenti
Reklam
Havay adalarında yanmayan “Möcüzə ev”in sahibi danışdı - FOTO

Havay adalarında baş verən güclü yanğınlarda yanlız bir ev heç bir zərər görməyib.
Lahainada yerləşən bu ev sahil zolağında yanmayan yeganə ev kimi qeyd edilib.
Sözügedən evin sahibi bunun səbəbini açıqlayıb. O bildirib ki, taxtadan olan evdə bir müddət əvvəl bəzi dəyişikliklər edilib. Dam örtüyünə metal maddə qatılıb və evin ətrafındakı hündür kollar kəsilərək yerinə daşlar düzülüb.
Evə edilən bu dəyişikliklər onu yanmaqdan xilas edib. 114 nəfərin öldüyü, 2700-dən çox binanın zədələndiyi yaxud tamamilə dağıldığı fəlakətdə o evin zərər görməməsi müzakirə obyektinə çevrilib.
Bu ev “Möcüzə ev” adlandırılıb. 


BAKU.WS

Tarix: 22 avqust 2023
Baxış: 272

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş