Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Tacir Şahmalıoğlu Fədayə Laçınla münasibətlərindən danışdı: "Mənim bir arvadım var..."

"Fədayə ilə aramda elə münasibət olmayıb və tarix boyu da ola bilməz. Tacirin bir arvadı var, o da başımın tacı, evimin şahıdır". 
Gender.Az bildirir ki, bunu Qaynarinfo-ya müğənni Tacir Şahmalıoğlu ona efirdə ünvanlanan "Fədayə Laçınla aranızda ər-arvad münasibəti olub" sualı ətrafında yaranan qalmaqaldan danışarkən deyib.
Sənətçi Fədayə Laçınla tərəf müqabili olduqlarını qeyd edib:
"Nə ər-arvad? Bir də onun verilişinə getmərəm. Biz ayın 30 günü toyda olurduq. Ailəm-uşağım var, bunu hamı bilir. Dedim onun anası gözəl insandır. Həm anasına, həm də Fədayəyə böyük hörmətim var. Çox şey deyə bilərlər, nəsə qalmaqal etmək istədilər, alınmadı. Fədayə mənim dostum olub, pul qazanmışıq. O, sonra toylara tək getmək istədi, dedim yolun açıq olsun. İndi də öz işində-gücündədir”.
Tacir Şahmalıoğlu baş verən məsələlərdə Fədayə Laçının bacısı İlahə Fədanı ittiham edib: "İlhahə mənim haqqımda bir az aqresiv fikirlərdədir. O da alınası deyil, hamı bilir ki, Tacir Şahmalıoğlu kimdir? Fədayə gözəl oxuyandır, səsimiz onunla uzlaşırdı, vəhdət təşkil edirdi, bu üzdən duetlərimiz gözəl alınırdı".
Qeyd edək ki, müğənni Tacir Şahmalıoğlu "Xoş gəldim" verilişində qonaq olub. Aparıcı Amil Xəlil ona verilişdə "Fədayə Laçınla aranızda ər-arvad münasibəti olub" sualı ünvanlayıb.

Tarix: 21 avqust 2023
Baxış: 262

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş