Xəbər lenti
Reklam
Vətən müharibəsi şəhidinin əkiz bacı-qardaşı dünyaya gəldi - Fotolar
Vətən müharibəsi şəhidi Musa Məhəmmədovun əkiz bacı-qardaşı dünyaya gəlib.
Gender.Az xəbər verir ki, Quba rayonunun Zərdabi qəsəbəsindən olan şəhidin valideynləri Bəhram və Rübabə Məhəmmədovların ailəsində Musa və Alisa adlı əkizlər doğulub.
Qeyd edək ki, Musa Məhəmmədov 2 oktyabr 2020-ci ildə Murovdağ döyüşləri gedişatında, Göranboy rayonunun Buzluq kəndi istiqamətində təmas xəttində, “Cəngavər” döyüş mövqeyində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
O, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.



Tarix: 21 avqust 2023
Baxış: 244

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş