Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Çexiya Atatürkün abidəsini ucaltmaqdan İMTİNA ETDİ

Praqa hakimiyyəti Ankaranın Çexiyanın paytaxtında müasir Türkiyənin banisi Kamal Atatürkün abidəsinin qoyulması ilə bağlı müraciətini rədd edib.
Gender.Az xəbər verir ki, bu barədə rəsmi qərara istinadən Avropada nəşr olunan “Orer” nəşri məlumat yayıb.
Nəşr qeyd edir ki, əvvəllər Çexiyanın erməni icması Praqanın hakimiyyət orqanlarına erməni və yunan soyqırımında təqsirli bilinən şəxsə abidə ucaltmaq niyyətindən əl çəkməyə çağırışla məktub göndərib.
Xatırladaq ki, bu yaxınlarda “Disney Plus” Atatürklə bağlı oktyabr ayına planlaşdırılan sənədli filmi yayımlamaqdan imtina etmişdi və bütün bunlar Amerika ermənilərinin səyi nəticəsində idi. Öz növbəsində rəsmi Ankara Disney Plus-ın bu qərarını kəskin tənqid etmişdi. \\KONKRET

Tarix: 14 avqust 2023
Baxış: 258

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş