Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Elza Seyidcahandan yeni şeir: “Kimlər gəldi mən verdim…”

Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahanın yeni yazdığı şeir sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Gender.Az xəbər verir ki, o, “Əldən getdi” adlı yeni şeirini sosial şəbəkdə paylaşıb.

Şeri olduğu kimi təqdim edirik:

Əldən getdi

Kimin üçün isə

Həmişə özümü qorumuşam

Kimə görə isə

Həmişə onu soyutmuşam

Qorxutmuşam

Qovrulmuşam

Ancaq onu qorumuşam

Ona görə onu qorumuşam ki,

Gözəlliyim əldən getsin

Bir də gördüm

Qorumağa dəyməz artıq

Çünki hər şey əldən getdi.

Getdi, getdi, Nə qaldı ki, bu həyatda?

Kimlər getdi, kimlər qaldı

Kimlər yatdı, kimlər baxdı

Kimlər qaçdı, kimlər satdı

Kimlər yedi, kimlər acdı

Kimlər basdı, kimlər asdı

Kimlər aldı, kimlər verdi

Kimlər çaldı mən oyandım

Kimlər yazdı mən oxudum

Kimlər gəldi mən qaçdım

Kimlər gəldi mən satdım

Kimlər gəldi mən verdim

Kimlər gəldi mən yatdım

Satdım gözəlliklərimi

Alanlara

Verdim gözəliklərimi

Yatanlara

Tökdüm gözəlliklərimi

Yananlara

Sonsünlər, sonsünlər

Yanmasınlar.

Qorumağa dəyməz artıq

Gözəlliyim əldən getdi

Gözəlliyim əldən getdi.

\\Kanal.az

Tarix: 05 avqust 2023
Baxış: 228

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş