Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Alaq bitkisi kimi məhv edilən quşəppəyi - Yüzlərlə dərdə çarə...

Xaççiçəklilər fəsiləsindən olan ikillik ot bitkisi dünyanın mülayim qurşaqlarında yayılıb. Azərbaycanda bitkinin yalnız bir növü olan adi quşəppəyi (Capsella bursa pastoris) vardır.
Bitkinin gövdəsindəki yerüstü yarpaqları oturaq, yuxarı gövdəsindəki yarpaqları isə saplaqlı olaraq rozet formalıdır. Quşəppəyinin xırda ağrəngli çiçəkləri salxımvaridir. Meyvələri buynuzcuqlu olub, üçbucaq şəkillidir. Quşəppəyi faydalı dərman bitkisidir.
Tərəvəz bitkiləri becərilərkən bəzən mədəni bitkilərin toxumu ilə qarışıq bitmiş quşəppəyi bitkisini, alaq otu bilərək məhv edirlər.
Dərman bitkiləri kateqoriyasına daxil olan bu bitkinin faydaları çoxdur:
  1. Orqanizmdə yaranan iltihabi xəstəliklərə qarşı çox faydalıdır. İltihab əleyhinə xüsusiyyətlərə malik olan bu bitki həm də orqanizmi təmizləyir.
  2. Tərkibindəki saponin və peptid sayəsində qanın laxtalanmasını artırır. Qanaxmalar zamanı, xüsusilə də burun qanaxmasının dayandırılmasında çox faydalıdır.
  3. Bağırsağın iş mexanizmini tənzimləyən bu bitki qəbizliyin qarşısını alır və həzm sisteminin işini tənzimləyir. Bağırsaq sancılarını aradan qaldırır.
  4. Qadınlarda menstrual qanaxmaların qarşısını almaq üçün tətbiq olunur. Menstruasiya öncəsi stresi azaltmağa kömək edir.
  5. Düzənsiz menstrual qanaxmaların nizamlanmasında da təsirlidir.
  6. Arterial təzyiqi tənzimləyən quşəppəyi ürək üçün də faydalıdır.
  7. Quşəppəyi ağız boşluğu xəstəliklərində, diş ağrılarında və ağız yaralarında yarasağaldıcı təsirinə görə istifadə olunur.
  8. Böyrək və qaraciyərin funksional vəziyyətini tənzimləyir.
  9. Bağırsaq çatları və babasil zamanı faydalıdır.
  10. Tərkibi kalsiumla zəngin olduğuna görə sümük sağlamlığı üçün faydalıdır.
Adətən quşəppəyi qurudulmuş ot şəklində istifadə olunur, lakin onu yağ və çay şəklində də qəbul etmək olar. May-iyun aylarında çıxan bu bitki kölgədə qurudulur və hava keçirməyən qablarda saxlanılır. 1 çay qaşığı quşəppəyi 1 stəkan qaynar suda on dəqiqə dəmlənərək gündə ən az iki dəfə qəbul edilə bilər. Quşəppəyi ilə oynaqlarda və dəri altında yığılan iltihablar təmizlənir. Qan dövranını sürətləndirərək orqanizmdə olan zərərli maddələri xaric edən quşəppəyi (çobançantası) qanın laxtalanmasını təmin edir. Tez-tez burun qanaması olanlar və ya qan durulaşdıran dərmanlardan istifadə səbəbindən qulaq qanaması olanlar bu bitkidən istifadə edə bilərlər. Ancaq istifadə etməzdən əvvəl həkimə müraciət etmək vacibdir. Bu bitkinin həkim məsləhəti olmadan istifadəsi sağlamlıq problemlərinə səbəb olacaq. \\Saglamolun.Az
Tarix: 24 iyul 2023
Baxış: 264

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş