Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Övladınıza ad seçərkən nələrə diqqət etməlisiniz? - EKSPERTDƏN AÇIQLAMA....

Bildiyiniz kimi, bir neçə gündür sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində uşaqlara “Mamed” və “Məmməd” adlarının qoyulmasının qadağan olunması ilə bağlı məlumatlar dolaşır. Sözügedən xəbər insanlar arasında müəyyən söz-söhbətə, müxtəlif fikir ayrılıqlarına və davamlı müzakilərə səbəb olması ilə yanaşı, eyni zamanda insanların ad seçərkən diqqət edəcəyi zəruri amillərin hansılar olması sualını da aktuallaşdırır. 
Ümümiyyətlə adların insan taleyinə böyük təsirinin olduğu deyilir, çünki ad daşıdığı məna ilə insan həyatına və taleyinə birbaşa təsir göstərir. Həmçinin adların yarandığı hərflər hərəsi ayrı-ayrılıqda bir məna daşıyır. 
İnsanın bəlkə də ən şox dəyər verdiyi amil onun adıdır. Buna görə də, ad seçimi olduqca çətin, məsuliyyətli və bir növ yaradıcılıq tələb edən addımdır. Çünki ad həm də insanın xarakterlərin xəbər verir. Əksər valideynlər bunun fərqində olmasalar da, övladları üçün seçdikləri ad uşağın başqaları tərəfindən necə göründüyünü və gələcəkdə onun hansı xarakterdə olacağını formalaşdıracaq qədər əhəmiyyətlidir. Araşdırmalara görə, ABŞ-ın Arizona Dövlət Universitetində adların psixologiyasını tədqiq edən David Zhu bildirir ki, ad fərdin mənlik anlayışının əsasını təşkil edir, çünki o, digər fərdləri tanımaq və onlarla ünsiyyət qurmaq üçün istifadə olunan əsas vasitədir.
Adların verilmə şərtləri və hansı hallarda ləğvinin mümkünlüyü ilə bağlı Referans.Az-a açıqlama verən sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, ilk baxışdan sadə görünən ad məsələsi əslində olduqca mühüm mövzudur. Hətta dinimizdə buyurulan qaydalardan biri də valideyn tərəfindən öz övladına gözəl və mənalı ad verilməsidir: ”Adların hər biri səslənmə və mənasına əsasən insana təsir edir, buna görə, ad neqativ anlamlar daşımamalı və qulağa xoş gəlməlidir, həmçinin adlar özü-özlüyündə bir enerji daşıyır ki, bu da ad seçimində diqqətli olmağımızı tələb edir. İnsanlar ad seçərkən bir çox səbəblərə və meyarlara üstünlük verirlər. Qurani-Kərimdən götürülmüş müqəddəs şəxlərin, Xalq qəhrəmanlarının, ata və ananın, eyni zamanda son illər dəbdə olan müasir növ adları da bu qəbildə nümunə göstərə bilərik.”
“Adların ləğvi isə düşündüyümüz qədər asan proses deyil, burada ilk öncə adın insanlar arasında nə dərəcədə aktual olması, mənası, tarixi, qramatik qaydaları əsas götürülür. Həmçinin həmin adın daşıyıcılarının ləğv olunduğu təqdirdə cəmiyyət arasındaki psixoloji durumu da əhəmiyyət kəsb edir. Belə ki, adlar dəyişdikdə və ya ləğv olunduqda həmin adın daşıyıcıları bu vəziyyət normal qəbul etməkdə əziyyət çəkir, cəmiyyət tərəfindən müəyyən qəbulolunmaz hallarla qarşılaşırlar. Buna görə də, ad ləğvi yalnız zəruri və alternativ çıxış yolu olmadığı təqdirdə mümkün ola bilər ki, bu da tez-tez rast gəlinən situasiya deyil.” – deyə, ekspert əlavə edib.
Xatırladaq ki, ötən günlərdə uşaqlara ”Mamed” və ”Məmməd” adlarının qoyulmasının qadağan olunması ilə bağlı məlumatlar yayılsa da, qısa zaman sonra sözügedən xəbər Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova tərəfindən cari müddətdə yalnış informasiya olduğu qeyd olunaraq, təkzib edilmişdi.  

Ləman Bakuvi

Tarix: 13 iyul 2023
Baxış: 213

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş