Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Marketlərin marketinq qurbanına çevrilən istehlakçılar – Mütəxəssis Açıqlaması

Bildiyiniz kimi marketlərdə polietilen torbaları istehsalçılara pul ilə satırlar. Məsələ burasındadır ki, üzərində marketin reklamı olan torbalar vasitəsilə istehlakçılar özləri də bilmədən marketi reklam etmiş olurlar.


“Qonşunların şüuraltı düşüncələri marketinq hiyləsi”- ni marketinqlər özləri belə dana bilməz. Belə ki,evinə bazarlıq edən hər kəs , üzərində reklamı olan marketin torbası ilə həmin marketi reklam etmiş olur.Qonşunun filan marketdən bazarlarıq etməsini görən digər qonşuların şüuraltı düşüncələrində həmin marketi canlanır və nəticədə özüdə bilmədən, qonşu öz qonşusuna və digər insanlara həmin marketi hətta öz ödənişi sayəsində reklam etmiş olur.Buda istehlakçının ödənişi hesabına, onlardan sui istifadə halı kimi qeydə alına bilər.
Əslində isə istehlakçılara satılan polietilen torbalar şəffaf olmalı və ya üzərində marketin reklamı varsa istehlakçılara pulsuz təqdim olunmalıdır. Aidiyyəti orqanların nəzərindən qaçan , istehlakçıların pulu bahasına başa gələn bu marketinq hiyləsinə artıq bir son vermək lazımdır deyə düşünürəm.

Ağa Salamov Qida Məsələləri Üzrə Mütəxəssis 

Tarix: 12 iyul 2023
Baxış: 206

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş