Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
İtaliyanın 8 şəhərində "qırmızı" təhlükə elan edildi

İtaliyanın səkkiz şəhərində, o cümlədən Romada kəskin istilər səbəbindən "qırmızı" təhlükə səviyyəsi elan edilib.
Gender.Az report-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın Səhiyyə Nazirliyi məlumat yayıb.
İtaliyanın paytaxtında havanın temperaturu 37 dərəcəyə çatıb.
Meteoroloqlar xəbərdarlıq ediblər ki, bu həftə İtaliyada Afrika antisiklonuna görə hava rekord səviyyəyə qədər istiləşəcək. Belə ki, Sardiniya adasında 45-47 dərəcəyə qədər isti olacağı proqnozlaşdırılıb.
Güclü istilərlə əlaqədar meteoroloqlar hər kəsi bütün ehtiyat tədbirlərinə əməl etməyə çağırır.

Tarix: 10 iyul 2023
Baxış: 201

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş