Ölüm zamanı can vermə prosesi belə BAŞ VERİR - Bu şəxslər dünyadan ƏZAB İÇİNDƏ KÖÇƏCƏK
Bizim ölmək haqqındakı məlumatımız daha çox yuxuya bənzəyir ki, insan heç bir ağrı və dərd hiss etmədən yatır. Halbuki, bu zahiri sakitliyin arxasında ağrılı və dəhşətli hadisələr gizlənmişdir. Çox az insan tapılar ki, bu dünyada ən əziz insanını itirməmiş olsun. Bu əzizlər illər boyu yanınmızda olmuş və son nəfəslərini bizim yanımızda vermişdilər. Dini mənbələrdə göstərilir ki, əksər hallarda möminlərin can verməsi asan, kafir və münafiqlərinki isə çox çətin olur.
Bəs, ümumiyyətlə, can vermə prosesi necə baş verir və kimlər bu dünyadan çətin can verərək köçəcək?
Gender.Az xəbər verir ki, bu barədə Referans.Az-a danışan ilahiyyatçı Hacı Təyyar Hüseynlinin sözlərinə görə, can vermə haqqında müxtəlif məlumatlar səsləndirilir:
“Can vermə inanın ki, çox dərin və mürəkkəb bir mövzudur. İnsanların hər biri fərqli şəkildə can verir. Bunun haqqında dərin fikirlər var ki, insanların günahları can verdikdə bağışlanır və axirətə qalmır. İnsan var ki, dünyadan çox rahat köçür. Elə insan var, günlərlə əzab içində can verir. Can vermə bir neçə saniyədə, bir neçə dəqiqədə baş verə bilər. Hətta deyərdim ki, bir neçə gün belə davam edə bilər. Can verən insanların üz ifadələri, ümumiyyətlə, onların bədən dili ilə sanki kimlərləsə danışması, öz dili ilə belə danışması, yəni axirətə köçürmüş kimi və ya axirətdə kimsə bunu qarşılayırmış kimi danışması sadəcə dəhşətdir”.
İlahiyyatçı bildirib ki, əsas odur ki, insanlar cəhalət içində yaşamasınlar. Cəhalət içində yaşayan insanların öz cəhalətləridən qaynaqlanan çox böyük qəbahətləri olur.
Aqil Qarayev