Toyuq ətindəki bakteriyalar anında aşkar ediləcək
Kanadada tədqiqatçılar qablaşdırılmış çiy və ya bişmiş toyuq məhsullarında qida zəhərlənməsinə səbəb olan zərərli bakteriyaları dərhal aşkar edən sensor qab hazırlayıblar.
McMaster Universitetinin rəsmi saytında dərc edilən açıqlamaya görə, universitetin tədqiqatçıları qida zəhərlənməsinə səbəb olan “salmonella” adlı bakteriyaları və xəstəliklərə səbəb olan digər təhlükəli mikrobları (patogenləri) aşkar edən sensor qab hazırlayıblar. Kənarları əyri olan sensor qab içəriyə qoyulan toyuq ətindən qalan mayeni analiz edəcək, mobil telefonların köməyi ilə istehlakçılara və satıcılara əllərindəki məhsulda “salmonella”nın olub-olmadığını göstərəcək.
Qayıq formalı qabın salmonellaları aşkarlamasına imkan verən texnologiya, xəstəlik törədən listeriyaları və qalın bağırsağı yoluxduran E. coli kimi digər qida mənşəli bakteriyaları aşkar etmək üçün hazırlana bilər. Yeni texnologiyanı "həyat qurtaran" olaraq xarakterizə edən elm adamları, zərərli bakteriyalar haqqında məlumatların anında əldə edilməsinin qida məhsullarının yaratdığı sağlamlıq problemlərinin qarşısının alınmasında təsirli ola biləcəyinə diqqət çəkiblər. Alimlər vurğuladılar ki,bununla səhiyyə sektorunda maliyyə qənaətinə nail olmaq olar. Qeyd edək ki, hər il dünyada 600 milyon insan qidada olan zərərli bakteriyalara görə sağlamlıq problemləri yaşayır. Araşdırma "Advanced Materials" jurnalında dərc olunub. \\Saglamolun.Az
Tarix: 06 iyul 2023
Baxış: 180
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş