Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Nə üçün evdə pişik saxlamalıyıq?

Pişiklər dünyanın hər yerində insanlarla yaşayan ən sevimli ev heyvanlarından biridir. Minnesota Universitetində pişiklərin insanların psixoloji və fiziki sağlamlığına təsiri araşdırılıb.
Tədqiqatçılar pişik sahibi olan insanlarda infarkt riskinin az olduğu qənaətinə gəliblər. Araşdırmada məlum olub ki, öz pişiyi olmayanların ürək-damar xəstəliklərindən ölmə ehtimalı evdə pişik saxlayanlara nisbətən 40 faiz daha çoxdur.
Buffalodakı Nyu York Universitetində aparılan araşdırmalar isə pişik sahiblərinin qan təzyiqinin digərlərinə nisbətən daha aşağı olduğunu ortaya çıxarıb.
Elm adamlarının fikrincə, bu həm də tək yaşayan insanların məsuliyyətli olmasına kömək edir. Pişik bəsləmənin faydalarından biri də tənhalığa faydalı olması və uşaqların psixi sağlamlığına müsbət təsir göstərməsidir.
Evdə pişik saxlamağın uşağın inkişafı və ruh sağlamlığına əhəmiyyətli təsirləri olduğunu deyən mütəxəssislər qeyd edir ki, uşaqlar üçün ev heyvanlarının olması onların sosial ünsiyyətini, empatiyasını və məsuliyyət hissini artırır.
Amerika Milli Allergiya və Yoluxucu Xəstəliklər Şurasının üzvü Dr. Marshall Plaut bildirir ki, erkən yaşda ev heyvanları ilə təmasda böyümək gələcəkdə immunitet sistemini gücləndirir və ümumi allergiyanı əhəmiyyətli dərəcədə azaldır.
2014-cü ildə Viskonsin ştatında aparılan bir araşdırmada pişik sahibi olan kollec tələbələrinin olmayanlardan daha yüksək qiymət aldığı ortaya çıxıb.
Nəticədə alimlər bu qənaətə gəliblər ki, hər evdə ev heyvanının olması həm uşağın inkişafı, həm də fiziki və psixi sağlamlığı baxımından qoruyucu faktor hesab edilir.

medicalmedia.az 

Tarix: 24 iyun 2023
Baxış: 239

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş