Sizə bu qurumun adından saxta mesaj göndərilə BİLƏR - RƏSMİ AÇIQLAMA
Kiberdələduzlar tərəfindən vətəndaşlara "Azərpoçt" MMC-nin adından bağlamanın qəbul edilməsi üçün ünvan qeyd etmədikləri barədə saxta mesajlar göndərilir. Vətəndaşdan mesajın tərkibində qeyd olunan saxta keçid vasitəsilə ünvanı yeniləmələri və bağlamanın düzgün ünvana çatdırılması üçün ödəniş etmələri tələb olunur.
Bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə mesajlara etimad etməməyi, bu kimi mesajlar qəbul etdikləri halda, ilk növbədə, həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir.
Nəzərinizə çatdırırıq ki, Azərpoçt MMC-nin rəsmi internet informasiya ehtiyatı www.azerpost.az veb ünvanıdır.
Tarix: 12 iyun 2023
Baxış: 213
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş