Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Əsl kərə yağını necə müəyyən etmək olar? - Ekspert açıqladı

"Kərə yağı mətbəximizin ən vazkeçilməzidir. Qida dəyəri yüksək olan heyvan mənşəlidir. 82-82.5 % süd yağından əldə edilir". 
Gender.Az bildirir ki, bunu Şərq.Az-a qida mütəxəssisi Asim Vəliyev Masallıda fəaliyyət göstərən yağ istehsalı müəssisəsində nöqsanların aşkarlanmasından danışarkən deyib. Ekspertin sözlərinə görə, işbazlar istehlakçıların ən çox üstünlük verdiyi yağları tanıyırlar, ona görə də qida hiylələrinə əl ataraq, "kərə yağı" adı ilə qeyri-təbii, qatqılı yağları satışa çıxarırlar:
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) reydlər, monitorinqlər həyata keçməsinə baxmayaraq, bu istiqamətdə önləyici tədbirlər kifayət etmir. İstehlakçılar maarifləndirilməli və vətəndaş nəzarəti gücləndirilməlidir. Nəticədə alıcılar əsl kərə yağı ilə saxtanı biri-birindən ayırd etməyi bacaracaq. Həm də ucuz qiymətə sözügedən ad altında satılan yağlardan imtina edəcəklər". 


Mütəxəssis əsl kərə yağını müəyyən etmək üçün bir neçə məqamı diqqətə çatdırıb: 

"Kərə yağının kiçik bir hissəsini kəsib, isti suyun içinə salın. Yağ tək parça halında suda əriməyə başlayırsa, təmizdir. Əks halda bütövlükdə yox, hissələrə ayrılmış şəkildə əriyirsə, əsl kərə yağı deyil. Deməli, tərkibinə marqarin qarışdırılıb. Yoxlamağın  başqa bir üsulu - kərə yağını otaq temperaturunda bir neçə saat saxlayın. Su kimi əriyirsə, təmiz yağ deyil. Əsl kərə yağı otaq temperaturunda ərimir, ancaq yumşalır. Təbii kərə yağını əritdiyimiz zaman iştah açan qoxuya malik olur və köpüklənir. Əks halda demək, marqarin qarışdırılmış saxta yağdır. Yaxud da tavada əriyərkən rəngi tündləşirsə, rəngləndiricinin qatılma ehtimalı var. Məsələn, sarı rəngdədirsə, əridiyi zaman tünd qızılı rəngə çalırsa, qatqılı, saxta yağdır. Əsl kərə yağının qiyməti daha bahadır. Çünki süd yağı istifadə olunur. Təzə süddən hazırlanır".

Qeyd edək ki, Masallıda fəaliyyət göstərən yağ istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb. Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Tarix: 09 iyun 2023
Baxış: 195

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş