Günah ağacı və ya insanı zombiləşdirən bitki
Bu bitki haqqında hamının məlumatlı olması daha yaxşı olardı, ən azından insanın özünü qoruması üçün önəmlidir.
Cənubi Amerikada “burunuanga” deyilən bir ağac var, ağ rəngdə gözəl çiçək açır, çiçəkləyəndən sonra meyvə verməyə başlayır, əsl təhlükəlisi də elə bu meyvələrdir. Meyvələri yığılır, qurudulur, toz formasına salınır və əsasən mənfi məqsədlər üçün istifadə edilir. Belə ki, həmin bitki tozunu kağızın üstündən birinin üzünə üfürdükdə, insan az bir vaxtdan sonra ağlını itirir, etdiyi heç bir hərəkəti düşünmür, bu azmış kimi insanda zombiləşmə kimi hallar əmələ gələ bilir və belə insanlar 2-3 saatlıq pis niyyətli insanların qurbanlarına çevrilir.
Artıq bu bitkidən bir sıra ölkələrdə cinəyatkarlardan hansısa bir məlumatı almaq üçün istifadə olunur. Onun böyük dozası insanı dərhal öldürür, az dozası isə ürəkbulanma, başgicəllənmə və depressiya əleyhinə dərmanların hazırlanmasında istifadə edilir. Bütün bu halların səbəbi bitkinin tərkibində olan skopolamin alkaloididir.
fizulihuseynov
Tarix: 25 may 2023
Baxış: 196
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş