Evlənmək istəyənlər üçün xüsusi mərkəz yaradıldı
İranda ailə həyatı qurmağı asanlaşdırmaq üçün 15 əyalətin 33 nöqtəsində "həyat yoldaşı tapmaq mərkəzləri" yaradılıb.
Gender.az xəbər verir ki, bu barədə İranın Gənclər və İdman İdarəsinin səlahiyyətli şəxsləri məlumat yayıblar.
Bildirilib ki, məqsəd evlənmək istəyən vətəndaşlara yardım etməkdir. Evləndirmə mərkəzləri məscid və mədəniyyət mərkəzlərində yerləşir və hələ ki pulsuz fəaliyyət göstərəcək.
Qeyd edək ki, özünü İslam ölkəsi adlandıran İranda "həyat yoldaşı tapmaq mərkəzləri"nin yaradılması birmənalı qarşılanmayıb. \\Gundem.Az
Tarix: 17 may 2023
Baxış: 254
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş