Elşad Miridən Fazil Mustafanın güllələnməsi ilə bağlı ŞOK AÇIQLAMA - Bu xüsusi bir mesajdır...
Bir müddət əvvəl Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror aktı törədilib. Yaşadığı evin qarşısında güllələnən deputata qarşı sui-qəsd cəhdinin kimlər tərəfindən törədilməsi ciddi müzakirə mövzusuna çevrilib. Hadisə ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Məsələyə öz fikrini bildirən şəxslərdən biri də tanınmış ilahiyyatçı Elşad Miri oldu.
O, bu barədə Referans.Az-a verdiyi açıqlamada bildirib ki, əslində məsələni hərtərəfli başa düşmək üçün Fazil bəyin son çıxışalarına nəzər salmaq lazımdır, bu zaman hər şey ortaya çıxır:
“Fazil Mustafanın son çıxışlarına baxdıqda açıq-aşkar burada hansı ölkənin, hansı qruplaşmaların, hansı təriqətin və hansı məzhəbin olduğunu bilmək çətin deyil. Əlbəttə, biz konkret olaraq burada hər hansı bir məzhəbin nümayəndələrinin olduğunu demirik. Çünki bu məsələdə konkret deyə biləcəyimiz yalnız budur ki, terrorun dini, məzhəbi, təriqəti və sairə olmur. Bu gün illərdir həm ibadətini edən, həm də düşüncələrini açıq şəkildə ifadə edən və müxtəlif tribunalardan haqqı çatdıran bir şəxsə qarşı bu sui-qəsdin edilməsi bir çoxlarına bir mesaj olaraq çatdırıla bilər. Amma şükürlər olsun ki, dövlətimiz bunu özünə verilən bir mesaj olaraq aldı. Fazil bəyi yaxından tanıyan bir şəxs olaraq deyirəm ki, öz əməlləri və yaşantısı ilə nümunəvi bir şəxsiyyətdir. Yəni belə bir şəxsə qarşı sui-qəsdin törədilməsi, xüsusi bir mesaj idi. Sadəcə bir məsələ var ki, Azərbaycan sekulyar, yəni dünyəvi dövlətdir və bu dünyəvi dövlət anlayışı bizi bu gün Əfqənistan, İraq və İran olmaqdan qoruyur”.
Azərbaycanın güclü bir demokratik dövlət olduğunu deyən ilahiyyatçı, Fazil Mustafaya qarşı edilən terrorun arxasında hansı qruplaşma, hansı təriqət olur olsun, onların öz niyyətlərinə çata bilməyəcəklərini qeyd edib. Onun sözlərinə görə 1974-cü ildə İran islam inqilabı adı altında Xomeyninin hakimiyyətə gəlməsi ilə İran yeni bir dövrə qədəm qoydu: İran islam inqilabı baş verdiyi zaman Xomeyninin Fransadan İrana gəlməsi İranda yeni bir dövrün başlanğıcına səbəb oldu və bu gün İran İslam Respublikası adı altında fəaliyyət göstərir. Amma özü nə qədər islama uyğundur, bu məsləni hər birimiz görürük, bilirik. İran necə bir islam dövlətidir ki, məscidlərdə donuz bəsləyən bir ölkəylə dostluq münasibəti saxlayır?
İranda şiə anlayışının ciddi yayıldığını deyən Elşad Miri İranın bu məzhəbi başqa ölkələrdə o cümlədən də İraq, Suriya və Pakistanın müəyyən hissələrində istifadə etdiyini deyib. İlahiyyatçının fikrinə görə, bu gün İran bu anlayışı fərqli bir islam adı altında öz idealogiyalarını gizlədərək müxtəlif ölkələrə aşılamağa çalışırlar. Bu oyunlar müsəlmanlar üzərində gedən bir oyundur – deyə o, bildirib.
Aqil Taleh