Müasir gənc kişilər cinsi münasibət zamanı Atom, Viaqra, Afrika şiri kimi həvəsləndirici preparatlardan getdikcə daha çox istifadə edirlər.
Lakin çox insanlar bu dərmanların istifadəsindən sonra ürək tutmasından ölür. Azərbaycanda belə dərmanlar 1993-cü ildən bu yana açıq satışa çıxarılıb.
Bura xüsusi məcunlar, tabletlər aiddir. Bu dərmanların tərkibində silqonapil var.
Gender.Az xəbər verir ki androloq Ruslan Qüdrətovun sözlərinə görə, hazırda cavanlar belə vasitələrə çox meyillidir.
Səbəb isə özgüvənliyin olmamasıdır. Androloq bildirir ki, elə kişilər də var ki, evə çorək almasa belə, mütləq Viaqra alır. Çünki onlar artıq dərmanlardan asılı insanlardır.
“Belə dərmanlar ürəklə bağlı problemləri olan insanlar, ürək dərmanlarından, antibiotik dərmanlardan istifadə edən insanlar üçün ağır, acı nəticələr verə bilər.
Bu dərmanların əlavə təsirləri də var. Özəlliklə baş ağrıları, oynaq ağrıları, əzələ ağrıları, təzyiqin oynaması çox geniş yayılıb. Buna görə də cavanlar belə dərmanlardan çəkinməlidirlər.
Bu gün istifadə etdikləri 100mq Viaqra bir müddət sonra onlara təsir etməyəcək. Bunlar həkim nəzarəti altında qəbul olunmalıdır. Hər hansı bir psixoloji və fiziki problemləri zamanında müalicə elətdirmək daha məsləhətlidir”.
Mənbə: Medicina.Az