Etiraz edən 4 min fəhlə işdən QOVULDU
İranın “Cənubi Pars” Regional Qaz Şirkətində çalışan 4 min fəhlə işdən qovulub.
Şirkətin baş direktoru Səxavət Əsədi 4 min fəhlənin işdən çıxarıldığını və yerinə yeni işçilərin götürüldüyünü deyib.
O, ilk mərhələdə min işçinin işdən çıxarılaraq yerinə başqalarının götürüldüyünü, şənbə günündən isə etiraz edən işçilərin qalan hissəsinin dəyişdiriləcəyini bildirib.
Xatırladaq ki, ötən müddət ərzində etiraz edən işçilər maaşlarının gecikməsi və dolanışıq problemi səbəbindən işi dayandıraraq tətilə çıxıblar. \\KONKRET.az
Tarix: 29 aprel 2023
Baxış: 312
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş