Rayon əhalisi azalır- BAKIYA BÖYÜK KÖÇÜN SƏBƏBLƏRİ
Son illərdə rayonlardan Bakıya yaşamaq üçün 1 milyon adam üz tutub.
Gender.Az bildirir ki, bu barədə HİT-az-a açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov deyib. Ekspert bunun səbəbini kəndlərdə yaşamaq üçün normal şəraitin olmaması ilə izah edib:
“Kəndən şəhərə davam edən axın böyüməkdədir. Heç kəs kənddə yaşamaq istəmir. Çünki kəndlər sakinləri üçün cəlbedici deyil. Bunun da çoxlu səbəbləri var, iş yerləri, istirahət, əyləncə məkanları, klublar, kitabxanalar yoxdur”.
Ekspertin fikrincə, kəndlərdə yaşamağın yolu inkişafdan keçir.
Tarix: 29 aprel 2023
Baxış: 303
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş