Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Qadınları incə və xanım-xatın göstərən tərz yenidən gündəmdə - FOTO

Son vaxtlara qədər belə görünürdü ki, qadına xas geyim tərzi həmişəlik dəbdən düşüb. Dizaynerlər vaxtaşırı onun bəzi elementlərini sınaqdan keçirirdi, lakin bir qayda olaraq istehzalı şəkildə. Ancaq son Moda Həftələrindən sonra hər şey dəyişdi.
Gender.Az
xəbər verir ki, 2023\2024-ci illərin payız-qış mövsümünün trendləri arasında ledi tərzi liderlik edir. "Tagwalk" platformasının da məlumatına görə, keçən ilin payız mövsümü ilə müqayisədə bu il "ladylike" təq ilə işarələnmiş fotolar artıb. Bəs "ladylike" dedikdə nə başa düşülür? Qadınları incə və xanım-xatın göstərən hər şey. Dar paltarlar, belin incəliyini önə çıxaran kostyumlar, hündürdaban ayaqqabılar, uzun "opera" əlcəklər, kiçik torlu çantalar, zərif papaqlar və s.
Kristian Diorun icad etdiyi "New Look" üslubu da həmin tərzin təcəssümüdür. Onun ən müasir versiyası yenidən aktualdır. Ən maraqlısı odur ki, son Moda Həftələrində uzun müddət sonra ilk dəfə olaraq dizaynerlər bu üsluba üz tutdular. "Balmain", "Balenciaga", "Carolina Herrera", "Miu Miu", "Saint laurent" kimi moda evləri bu ideyanı daha da inkişaf etdiriblər.Bəs dizaynerləri qadın zərifliyini xatırlamağa nə vadar etdi? Yəqin ki, çılğın dünyamızda müəyyən sabitlik axtarışı. Biz elə bir dövrdə yaşayırıq ki, təməllər bir-birinin ardınca dağılır və ən yaxşı halda yaxın bir neçə həftənin planını qura bilirik. Qeyri-sabitlik dövrlərində isə hamımız əbədi dəyərlərə müraciət edirik və bu, bizə ən azı ətrafda baş verənlərin normal olduğunu hiss etdirir. Odur ki, çox dar qələm ətəklə bər-bəzəkli bluz qadın zərifliyini geri qaytarmağa və köhnə dəyərləri xatırlamağa kömək edirsə, niyə də onlara müraciət etməyəsiniz?

Məqaləyə dair fotomateriallar:







Publika.Az 
Tarix: 28 aprel 2023
Baxış: 279

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş