Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Özündən 50 yaş balaca qızla ailə quran bələdiyyə sədri tənqid edildi - FOTO

Braziliyanın Aracauria şəhərinin meri 65 yaşlı Hissam Hüseyn Dehaini 16 yaşlı Kauane Rode Dehaini ilə evlənib.
Hurriyyet.Az metbuat.az-a istinadən xəbər verir ki, tərəflər qızın 16 yaşı tamam olandan dərhal sonra ailə qurublar. Qəribəsi budur ki, bu 65 yaşlı bələdiyyə sədrinin 6-cı evliliyidir. Bələdiyyə sədrinin gəlinlərindən birinin anası Marilen Rodu toydan bir müddət əvvəl şəhərin Mədəniyyət və Turizm Naziri təyin edilib. Ümumiyyətlə, bələdiyyə sədrinin bir sıra qohumları yaxşı işlə təmin olunub. Parana ştatının prokurorları bələdiyyə sədrinin dövlət məmuru nüfuzundan ailə üzvlərini dövlət vəzifələrinə cəlb etmək üçün istifadə edib-etmədiyini araşdırır.
Qeyd edək ki, 65 yaşlı kişi ilə ailə quran 16 yaşlı qız Miss Araucaria yarışının ikincisidir. 16 yaşlı qızla ailə qurmasından sonra sərt reaksiya ilə üzləşən Hissam Hüseyn Dehaini partiyasından istefa verib.

Məqaləyə dair fotomateriallar:










Tarix: 28 aprel 2023
Baxış: 279

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş