Xəbər lenti
Reklam
Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının və 270 saylı tam orta məktəbinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

Suraxanı Rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının və 270 saylı tam orta məktəbinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. 

Gender.Az-ın məlumatına görə, əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə ehtiramla gül dəstələri qoydular. Sonra 270 saylı tam orta məktəbinin şagirdlərinin hazırladıqlari şeirlər səsləndirildi. Daha sonra YAP Rayon Təşkilatının sədri Vüqar Seyidov çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinin qurulmasında xidmətlərindən ətraflı danışdı.

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Rəşad Hacıyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi.

Mövzuya dair fotomateriallar:


Gender.Az
Tarix: 28 aprel 2023
Baxış: 8278

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş