Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Elşad Miridən ŞOK açıqlama - "İslam dinində sünnət olunmaq yoxdur"

"“Qurani-Kərim”ə baxdığımız zaman sünnət edilməklə bağlı bir əmr, buyruq yoxdur".
Gender.Az xəbər verir ki, bunu ilahiyyatçı Elşad Miri Referans.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə bu islamdan öncə olan bir adət-ənənə idi.
"Bu günləri yəhudilikdə həmin onların kitablarında Tövrata baxdığımız zaman sanki İbrahim peyğəmbərlə Allah arasında kəsilən bir əhd, bağlanan bir vəddir. Həmin o sözün əlaməti olaraq da sünnət olunmaq məsələsi qeyd olunur".
İlahiyyatçı "peyğəmbər sünnəti" kimi tanınan sünnət haqqında da bir sıra məsələlərə aydınlıq gətirib. O qeyd edir ki, belə halları ciddiyə alıb həkimə müraciət etmək lazımdır.
"Ümumiyyətlə sünnətlə bağlı islamda belə bir əmr əslində yoxdur. Bu günlər heç kim heç kimi bu mövzuda məcbur edə bilməz. Bununla bağlı olan məsələlər ancaq rəvayətlər ilə əlaqələndirilir. Yəhudilikdə buna əsasən uyğun olaraq həyata keçirirlər. Azərbaycanda belə bir ifadə işlədilir, “oğlum müsəlman oldu”. Sanki qız müsəlman olmur. Sanki bu müsəlmançılıq kiminsə əlavə artıq iddia elədiyimiz əti kəsməklə əlaqəli olur. Bunlar əsası olmayan yalnış, buna islami don geyindirilmiş məsələlərdir. Ona görə deyirəm ki, bunun dinimizlə heç bir əlaqəsi yoxdur"


Tarix: 28 aprel 2023
Baxış: 348

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş