Fransa və Braziliya dollardan imtina edir
Türkiyənin beynəlxalq bazarlarda hesablaşma zamanı ABŞ dollarından milli valyutalara keçiddə uğurlu nümunəsi Fransa və Braziliyanı Ankaradan nümunə götürməyə məcbur edib.
Bu barədə “Haber7” yazıb. Nəşr xatırladıb ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ticarətin milli valyutaya çevrilməsi zərurəti barədə danışmağa 6 il əvvəl başlayıb. Braziliya rəhbəri Lula da Silvanın ardınca Fransa lideri Emmanuel Makron da dollardan uzaqlaşmağın və onun ekstraterritoriallığından asılı olmamağın vacibliyini açıqlayıb.
Ankara 2023-cü ilin əvvəlindən aprelin ortalarına qədər lirə ilə xarici ticarətin həcmini 2022-ci ilin eyni dövrü ilə müqayisədə 89,1% artıraraq 54,7 milyard lirəyə çatdıra bilib. Türkiyə milli valyutası ilə digər ölkələrdən alışlar 170,8% artaraq 138,5 milyard lirə təşkil edib.
Tarix: 21 aprel 2023
Baxış: 242
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş