Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Onlar seks simvoludur! – Kişiləri öz əsirinə çevirən qadınların ƏLAMƏTLƏRİ

Qadınların kişiləri özlərinə necə cəzb etməsi mövzusu hər zaman aktualdır. Sadalanacaq çox şey var təbii ki. Lakin kişilərin diqqətini daha çox seksual qadınlar çəkir. Kişilərə görə qadınları seksual edən bir çox əlamətlər var. Belə qadınlar kişilərin ağlını başından alıb onları özlərinə kölə edirlər.

Gender.az  kişiləri özlərinə məftun edən seksual qadınların əlamətlərini təqdim edir:

Dodağını dişləmək
Dodaqlar kişiləri qadınlara heyran edən orqanlardan biridir. Kişi ilə danışıq əsnasında həyəcandan və ya sevincdən dodağını dişləyən qadın kişilərin ürəyini fəth edir.
Hamar və yumuşaq dəri
Kişiləri qadında ən çox cəlb edən hamar dəridir. Kişilər üçün yumşaq və problemsiz dərisi olan qadınlar seksual görünür.
Sıx yığılmış saçlar
Atquyruğu dediyimiz saç stili kişilərin diqqətini çəkir. Çünki bu stil qadınların üz quruluşunu və gözlərini ön plana çıxarır. Gözləri gözəl qadın isə kişilər üçün vazkeçilməzdir.
Fərqli tərz
Fərqli geyim, saç rəngi və davranış tərzi kişiləri cəzb edir.
Kişiyə məxsus köynək geyinmiş qadın
Kişilər öz köynəklərini qadınların əynində görməkdən zövq alırlar. Çünki əynində təkcə kişi köynəyi olan qadın kişilərin düşüncəsinə görə intim çağırışlar edir və həmin an kişilər üçün çox seksual görünür.
Açıq qalmış çiyinlər
Çiyni açıq paltarlar geyinən qadınlar kişilərin gözündə seksual və özgüvənlidir.
Ehtiraslı səs tonu
Ehtiraslı səs tonları kişilərdə afrodiziak effekti yaradır
Qalın və ifadəli dodaqlar
Qalın və biçimli dodaqlara sahib qadınlar kişilərin ağlını başından alır. Lakin süni yolla hədsiz şişirdilmiş dodaqlar əks effekt yaradır. Kişilər bu məsələdə təbiiliyə önəm verirlər.
Çillər
Qadınlar hər nə qədər sifətlərində çili sevməsələr də kişilər çilli qadınları cazibədar hesab edirlər.
Təbii makiyaj
Kişilərə görə az makiyaj dərinin və simanın gözəlliyi deməkdir. Hədsiz qrim və makiyaj kişilərdə qadınların çirkin olduğu fikrini yaradır.
Gözlük
Kişilərə görə gözlükdən çox istifadə edən qadınlar ram edilməsi çətin qadınlardır. Hər zaman çətin olanı sevən kişilər üçün bu, cazibədarlığın simvoludur.
Gözəl bədən ətri
Qadın bədənindən gələn gözəl qoxu kişilərin ağlını başından alır. Bu, sadəcə parfum qoxusu deyil. Çünki kişilər qadınlarda təmizliyə xüsusi önəm verdiklərinə görə xoş qoxulu sabun ətri də təmizliyin ifadəsidir.
Səmimi gülüş
Bəzi kişiləri gülüş də qadının köləsi edir. Səmimi və məsum gülüşlü qadınlar kişilər üçün seksual və vazkeçilməzdir.
Zəriflik
Hər şeyin qədərini bilən və bunu özündə tətbiq edə bilən qadın zərifdir. Belə ki, kişiləri məftun edən bu qadınların geyimi, davranışı, gülüşü nə mən seksualam deyə qışqırır, nə də cazibəsini gizlədir. /savash.org

Tarix: 30 mart 2023
Baxış: 279

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş