Bir neçə gün əvvəl sosial mediada Musayal kənd sakininin kənddə olan bütün evlərin satılması ilə bağlı videosu yayılıb. Videoda bildirilib ki, buradakı evlər 2 min manatdan satışa çıxarılıb. Kəndə ilk rastlaşdığımız elə həmin videoda çıxış edən sakin olub. Eyvaz Bayramov adlı bu sakin bildirir ki, kənddə tək darıxdığı üçün çəkilişdə o məlumatları deyib. Yayılan videodakı başlıq isə səhv olub.
Gözəl mənzərəyə, təbiətə malik olan kəndi gəzməyə başladıq. Gəzdikcə gözəlliyinə heyran qalsaq da, demək olar ki, kənddə həyat əlamət hiss olunmurdu.
Bir müddət kəndi gəzib dolandıqdan sonra nəhayəti ki, bir evdə yaşayış olduğunu görürük.
Əliyevlər ailəsinə məxsus evdən çıxan zaman qonşuluqda olan evin pəncərəsində odun sobasından çıxan tüstünü gördük. Bizi yaşlı 74 yaşlı Gülüzar İbarhimova qarşıladı.
Sakinlərin sözlərinə görə kənd əsasən qış aylarında boşalır bunun da səbəbi insanların heyvandarlıqla məşğul olmalarıdır.
Gədəbəy RİH başçısının Dəyəqarabulaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Məhəd Tağıyevin sözlərinə görə kəndə yaşayan hər bir ailənin Şəmkirdə evi var. Bu səbəbdən də kəndin bir çox sakini qışda Şəmkir rayonunda olan evlərinə gedirlər.
Qeyd edək ki, Gədəbəy rayonun Dəyəqarabulaq kənd inzibati ərazi vahidliyin tabeliyində olan Musayal kəndində 48 ev var. 105 nəfər əhalisi kəndin 1 əsirə yaxın yaşı var.