Dublin universitetinin alimləri araşdırmalar nəticəsində belə qənaətə gəliblər ki, beyin öz işində kvant hesablamalarından istifadə edir.
Tədqiqatçılar kvant hesablamasının bütün potensialını reallaşdırmaq üçün çalışdıqca, onun kvant kompüteri ilə çoxlu ortaq cəhətləri olduğunu görmək üçün öz beynimizə nəzər salmalıdırlar.
Gender.Az xəbər verir ki, irlandiyalı alimlərin əldə etdikləri məlumatlar bizə neyronların funksiyaları, eləcə də kvant mexanikasının əsasları haqqında çoxlu qiymətli məlumatlar verə bilər.
Məsələn, niyə beynimizin müəyyən işlərdə, məsələn, qərar qəbul etməkdə və ya yeni məlumat öyrənməkdə superkompüterləri üstələyə bildiyini izah etmək.
Bu məqsədlə beyin suyunun və ya beyində yığılan mayenin proton spinlərindən istifadə edilmişdir. Elm adamları bir növ elektroensefaloqrafiya siqnalına bənzəyən siqnallar gördülər. Onlar adətən MRT ilə aşkar edilmir. Bu tapıntılar gələcək tədqiqatlar vasitəsilə təsdiqlənməlidir. Lakin ilk nəticələr ümidverici görünür.
Burada yeganə mümkün izahat dolaşıqlıqdır, yəni beyin prosesləri nüvələrin spinləri ilə qarşılıqlı təsir göstərməlidir ki, bu da dolayı yolla dolaşıqlığa səbəb olur. Buna görə də beynin funksiyaları kvant qaydalarına uyğun olmalıdır.
Alimlərin fikrincə yuxu zamanı da insan beyni komputerə çevrilmə imkanına malikdir. \\Medicina.Az