Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
UZİ xarab olub, yoxsa səhiyyə sistemi?
Qazaxdan Elnur Quliyev adlı oxucumuz yazır:
Hörmətli oxucular, başıma gələn bir hadisəni sizlərlə bölüşmək istərdim. Həyat yoldaşımın boğazında elmi dildə desək qalxanvari vəzin şişməsi – yəni zob xəstəliyi vardı. Bu xəstəlik ona çox əziyyət verirdi. Məsələn, ürək döyüntüsü, əldə uyuşma, saç tökülməsi, özündən aslı olmayaraq əsəb və s.
Günlərin bir günü həyat yoldaşımı Qazax rayon xəstəxanasına götürdüm. Analizlər, UZİ aparatı… Cavab heç də ürək açan olmadı. Endokrinoloqun yanına gedib, bu xəstəliyin müalicə olunması üçün müraciət etdik. Həkim bu xəstəliyin gecikməsini, üstəlik, müalicənin xeyri olmadığını qeyd edərək, mütləq cərrahiyyə əməliyyatının vacibliyini dedi. Həkimə dəfələrlə sual verdim və çox xahiş etdim ki, bu xəstəliyi müalicə yolu ilə dəf etsin. Çox təəssüflər olsun ki, cərrahiyyə əməliyyatından başqa çıxış yolu göstərmədi.
Sözün açığı rayon yeri olduğu üçün, həkimlərə güvənməyib, Bakıya üz tutdum. Bakıda təkrar analiz, UZİ… cavab eyni – rayondakı kimi çıxdı. Bakıda da eyni sözü dedilər: bu xəstəlik gecikmədən cərrahiyyə əməliyyatı olunmalıdır. Gecikərsə ağır fəsadları ola bilər. Bir az müalicə edib, cərrahiyyə əməliyyatı olmaq üçün hazırlaşmağımızı təklif etdilər. Nə isə, təklifi qəbul edib, Bakıdan dərmanları alıb, rayona döndüm. Rayonda 10 gün müalicə olunduqdan sonra, həkimin 10 gündən sonra təkrar UZİ aparatından keçmək tapşırığına əməl edib, müayinədən keçdim və analizlər verdim. Heç bir dəyişiklik olmadı…
Yenidən Qazax rayon xəstəxanasında çalışan həkimin yanına getdim və analiz kağızlarını, üstəlik Bakıda yazılan dava-dərmanların reseptini göstərdim. Həkim kağıza baxaraq çox əsəbləşdi: bu nədi, bunu kim yazıb – dedi? Dedim Bakıda həkim yazıb, nə olub, nə məsələdi? Dedi hansı ağılla, hansı savadla bu dərmanları yazıb? Bu dərmanların xəstə üçün heç bir aidiyyəti yoxdur, bu dərmanlar sadəcə müqaviməti gücləndirmək üçündür. Etməyib tənbəllik, Bakıda olan həkimlə, rayonda olan həkim arasında telefon əlaqəsi yaratdım. Biraz danışdıqdan sonra telefonu söndürüb: o kimdi bilmirəm, tanımıram, bircə onu bilirəm ki, o savadsız həkimdi – dedi. Dedim həkim, bəs mən nə edim, hara gedim, nə məsləhət görürsən?…
Dedi əgər istəyirsən müalicə yazım, 2- 3 ay bu müalicəni edin. 2-3 aydan sonra cərrahiyyə olunmalıdı, başqa çıxış yolu yoxdur. Dedim yaz, onda nə yazırsan. Nə isə, bir vərəq dava-dərman yazıb, bizi uğurladı: gedin, 3 aydan sonra gələrsiz deyə…
Xəstəxananı tərk edib, başqa bir endokrinoloq həkimə üz tutdum. Eynisini o biri həkim də dedi və o da başqa bir resept yazdı: gedin bunları alın, cərrahiyyə əməliyyatına hazırlaşın dedi.
Gəldim aptekə, satıcıya yaxınlaşıb reseptin ikisini də uzadaraq: qardaş, səndən çox xahiş edirəm bu reseptin hansını məsləhət görürsən? – deyə soruşdum. Cavab verdi ki, ikinci getdiyin həkim illərin həkimi olduğu üçün, onun reseptini al. Ən azından illərin həkimidi – dedi. Nə isə, dəva- dərmanı alıb, evə döndüm. Bir necə vaxt aradan keçdi, təkrar analiz UZİ aparatı… heç bir xeyri olmadığını gördüm. Cərrahiyyə əməliyyatı üçün hazırlaşdım.
Bu arada mətbuatda bir xəbərə rast gəldim. Dava-dərmansız,elmi-lədun metodu ilə insanların xəstəliklərdən sağalmasının mümkünlüyü barədə bir xəbəri oxudum. Bu həkimin adı Paşa Yaqub idi. Etməyib tənbəllik Paşa Yaqubu tapdım. Onunla tanış olub, başıma gələni ona danışdım. Cavab verdi ki, Elnur, yoldaşınla gəl yanıma, narahat olma, mən onu sağaldacam. Sözün açığı ilk başda inanmadım. İnanmamağımın səbəbi həkimlərin cərrahiyyə əməliyyatı barədə qəti qərar verməsi idi. Bu qərar gözümün önünü kəsirdi. “Yaxşı, Paşa doktor, gələcəm” dedim.
Bu arada Bakıda yaşayan bir qohumum depresiyyadan çox əziyyət cəkirdi, hər gün səhərdən axşama səbəbsiz yerə oturub ağlayırdı. İlk öncə bu yaxın qohumumu Paşa doktorun yanına getməsini istədim. Fikirləşdim ki, bunu sağaltsa, deməli düz deyir, yoldaşımı da sağaldar. Həmin qohumum da mənə güvənərək, Paşa Yaquba üz tutdu. Aradan iki həftə keçəndən sonra qohumumun yaxşı olması xəbərini eşitdim. Paşa Yaquba daha da inamım artdı. Etməyib tənbəllik 470 km yolu qət edərək, Bakıya – Paşa doktorun yanına getdim. Sağ olsun, məni gözəl bir şəkildə qəbul etdi. İlk senansı elə həmin gün etdi. Bizi yola salarkən, daha iki dəfə gəlməyimizi söylədi. “Baş üstə” deyərək, xəstəxanadan uzaqlaşdıq. Onu da nəzərinizə çatdırım ki, ilk senansdan sonra yoldaşım özündə biraz yüngüllük hiss elədi. Təkrar rayona qayıdıb, daha iki dəfə Paşa doktorun qəbuluna gəldik. Üçüncü senansdan sonra: Elnur, get, narahat olma, 1 aydan sonra apar harada istəyirsən aparatdan kecir, yoldaşın sağlam çıxacaq dedi. Mən Allahı çağırıb, əlimdən gələni etdim, deyərək, mənimlə sağollaşdı.
Əziz dostlar, aradan bir ay keçdi, mən üz tutdum yenidən rayonumuzda (Qazaxda) olan klinikalardan birinə, təbii ki, UZİ aparatından keçməyə. Aparatın cavabı cıxdı. Aparata salan həkim Könül xanım təəccüblə yoldaşımın üzünə baxaraq: sən həftənin ikinci, yaxud, ücüncü günü Ağstafaya gəl, səni orada bir də aparata salacam dedi.
Biz də “baş üstə” deyərək, xəstəxananın üçüncü mərtəbəsinə – ilk başda cərrahiyyə əməliyyatı olunmalısan deyən həkimin yanına qalxdıq. Əvvəlki aparat kağızını, bir də yeni çıxan UZİ kağızını həkimin qarşısına qoyaraq, həkimdən əvvəlki ilə indiki fərqi öyrənməyə çalışdıq. Həkim üzümüzə baxaraq: bu ola bilməz, bu mümkünsüzdü, deyərək, aparatın xarab olduğunu, cavabı doğru cıxarmadığını söylədi. Dedim necə bəyəm, bu aparat hər gün neçə insanı müayinədən keçirir, aparat saxtadırsa nədən onda millətin cibinə girib, yalandan aparatdan kecirirsiz? Cavab əvəzinə soruşdu ki, sən bu xəstəni harada müalicə etdirmisən? Dedim heç bir dəva-dərman olmadan, elmi-lədun metdu ilə müalicə olunub.

 

Üzümə baxıb gülümsəyərək: bu mümkünsüzdür, biz həftədə, on gündən bir alimlərlə yığışıb müşavirə keciririk, əgər bu xəstəliyin çarəsi olsa biz də bilərik dedi. Dedim bəs biz kimə inanaq neyləyək? Cavab verdi ki, siz gedin yenidən Ağstafada UZİ-dən keçin. “Yaxşı, təkrar keçib gələrik” dedim.
Elə də etdim. Təkrar Ağstafada UZİ aparatından keçdik. Aparata salan Könül xanım Qazaxda çıxan aparat kağızını cıraraq: ikisi də eynidi, heç bir fərq yoxdur dedi.
Biz yenidən Qazağa həmin aparat kağızına inanmayan həkimin yanına gəldik. Həkim yenidən aparat kağızlarını gözdən keçirərək: “bəli, xəstəlik cərrahiyyəlik deyil, əvvəlkindən fərqli olaraq yarıdan aşağıdır” dedi. Yəni, 50 %-dən az qalıb. Dedi istəyirsən müalicə yazım, o da çıxıb gedəcək. Mən ona gülümsəyərək, çox sağ olun, bizim öz həkimimiz var; hansı ki, dəva-dərmansız müalicə edir, ehtiyac yoxdur – deyib, xəstəxanadan ayrıldıq. Təbii ki, sevincimizin həddi hüdüdu olmadı…
Mən buradan ilk başda Allahıma, daha sonra doktor Paşa Yaqubu bizə tanıdan mətbuata öz təşəkkürümü bildirirəm. Paşa doktora təşəkkürüm ayrıcadır. Çünki, o, bizim tükənmiş ümidlərimizi doğrultdu; hansı ki həkimlərin verdiyi “Bu xəstəlik cərrahiyyəlikdir, başqa yolu yoxdur”, qərarı ümüdlərimizi kəsmişdi.

Mən bir daha Paşa həkimə sonsuz təşəkkür edirəm inanıram ki, yerdə qalan şişi də digər senanslarla birdəfəlik yox edəcəkdir.
Söz ardı: mənə elə gəlir ki, xəstəxanadakı UZİ xarab olmayıb, ümumilikdə səhiyyə sistemi xarab olub.
 

Gender.Az
Tarix: 07 mart 2023
Baxış: 226

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş