Qəzəb insanlara həm şəxsi, həm də ictimai münasibətlərdə problemlər yaşadır. Qəzəbini idarə edə bilməyən şəxslər dostluq, ailə və iş münasibətlərini gərginləşdirirlər. Astrologiyaya görə qəzəbli insanlar əsasən bu bürclər altında doğulurlar.
Həmin bürcləri təqdim edirik:
QOÇ
Qoç tez qəzəblənir. Qəzəblənəndə gözləri heç nəyi və heç kimi görmür. Bu zaman çox acıdil və kobud olurlar. Qəzəbləri keçən də isə heç nə olmamış kimi davranırlar. Lakin qəzəbli anda dedikləri və ya etdikləri onları sonradan çətin vəziyyətə salır.
BUĞA
Buğa bürcü də tez özündən çıxan insanların bürcüdür. Onlar qəzəblənəndə ən yaxın adamlarına qarşı çox kobud davranırlar. Həmin anda gözü heç nəyi görməyən Buğa bürcü insanları yaxınlarının onu bağışlaya biləcəyini düşünürlər. Lakin çox zaman iş düşündükləri kimi getmir, tərk edilirlər.
ŞİR
Şirlər çox ürəyiyumşaq və mehriban insanlardır. Lakin qəzəblənəndə az qala vəhşiləşirlər. Çox vaxt özlərini haqlı görürlər. Hər duyğuda ifrata varan Şir bürcü insanları qəzəbdə də ifrata varırlar və geri addım atmırlar.
QIZ
Onlar işlər gözlədikləri kimi getməyəndə çox qəzəbli olurlar. Hirsdən dəli olmaq həddinə çatan Qız bürcü insanları özlərini itirirlər və qarşı tərəfə ağızlarına gələni deyirlər. Qəzəb onlara da çox böyük ziyan vurur.
ƏQRƏB
İstədiklərini əldə edə bilmədikdə Əqrəblər qəzəbdən alışıb yanırlar.Onlar hirslərini heç cür boğa bilmirlər. Acı sözlər sərf etmək, qəlb qırmaq, təhqirlər qəzəbli Əqrəblər üçün adi haldır.Bu da onların bütün münasibətlərinin pozulmasına səbəb olur.
Əkizlər, Xərçəng, Tərəzi, Oxatan, Oğlaq, Dolça və Balıqlar qəzəblərini gizlədir və özlərini idarə edə bilirlər. \\Savash.org