Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Kolbasaların tərkibi haqda ekspertdən ŞOK AÇIQLAMA - FOTO

“Artıq 30-40 ildir ki, bitki mənşəli zülal və yağlardan istifadə edərək süni yolla ət alınır”.
Gender.az xəbər verir ki, bunu “Qaynarinfo”ya iqtisadçı ekspert Vahid Məhərrəmov deyib.
Onun sözlərinə görə, uzun illərdir kolbasa-sosis məhsullarını yalnız mal, qoyun, toyuq, donuz əti deyil, həm də bitki mənşəli zülallardan, yağlardan əldə edilmiş süni ətlərdən istehsal edirlər:
“Azərbaycan kimi alıcılıq qabiliyyəti aşağı olan ölkələrdə belə məhsullar istehlakçılara təqdim olunur və onlar həmin məhsullardan geniş istifadə edirlər.
Bu gün kolbasanın qiymətinin 6 manat, yaxud da bir ədədinin 6 manat olması, hətta 2 manat 50 qəpiyə satılması təbiidir. Yəni bu, heç də o demək deyil ki, həmin kolbasanın tərkibində dana, inək, qoyun, donuz əti var. Hətta diqqətlə baxsanız, Rusiyadan gələn kolbasaların tərkibində ətin miqdarının çox az olduğunu görə bilərsiniz. Həmin kolbasaların istehsalında donuzun dərisindən belə istifadə edilir”.





Tarix: 27 fevral 2023
Baxış: 256

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş