Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Polietilen torbaların pullu olması xəstəlikləri və zəhərlənmələri artıracaq – MÜTƏXƏSSİS AÇIQLADI

Polietilen torbaların pullu olması xəstəlikləri və zəhərlənmələri artıracaq.
Gender.Az bildirir ki, bu sözləri qidaelmi.az saytına qida məsələləri üzrə mütəxəssis Ağa Salamov deyib.


Bildiyimiz kimi polietilen torbaların satışı artıq marketlərdə həyata keçirilir. Bu polietilen torbaların ümumiyyətlə ekologiya zərərli olması və təbiətdə çürüməməsi kimi mövzularda çox danışmışıq.
Polietilen torbalar hətta dənizdə heyvanların (balıq,krivet və.s) yeminə çevrilir ki, buda sonda plastik məhsulun boşqabımıza qədər gəlib çıxmasına səbəb olur. Nəticədə mədə xəstəlikləri başda olmaqla bir çox xəstəliklərdə qaçılmaz olur.
Yəni ümumiyyətlə polietilen torbaların ümumiyyətlə satışdan qaldırılması və qadağası vacibdir. Biz nə edirik? Əksinə riski daha da yüksəldirik. Necə? Beləki satışda olan polietilen torbaları heç kim iki , üç ədəd almır. Baxmayaraq ki, alış veriş edən insan həm,toyuq ,həm ət,həmdə ağartı məhsulları alıb.
Riskli olan nədir? Riskli olan toyuqların daşıdığı “Salmonella” bakteriyasıdır ki, bu da bir torbaya yığılan başqa qidaları da bu bakteriyaya yoluxdurur. Bunun kimi qırmızı ət məhsulları və balıq məhsullarını da misal çəkmək olar. Bu belə davam edərsə zəhərlənmələrin və xəstəliklərin artması da qaçılmazdır. Biz əhalini ümumiyyətlə bu torbalardan istifadə etməməyə çağırırıq. Marketlərə gedərkən isə rəng kodlarına uyğun parça torbalardan istifadə etsinlər.
Nəticə etibarilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qaş düzəldən yerdə vurub gözünüdə çıxardıb. Əgər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti insanların sağlamlığını düşünürdüsə , bunu nəzərə almalı idi. Yox əgər ekologiyanı düşünürsə ,o zaman polietilen torbalar ümumiyyətlə satışdan çıxarılmalı idi.

Tarix: 17 fevral 2023
Baxış: 236

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş