Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Zəlzələ çantasında nələr olmalıdır?

Türkiyədə baş verən zəlzələdən sonra vətəndaşlara zəlzələ çantaları ilə bağlı xəbərdarlıq edilib. Bildirlib ki, hər evdə belə çantalar olmalıdır. Xüsusən də düzgün seçilən qidalar zəlzələ zamanı insanların həyatını xilas edə bilər.

Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyi zəlzələ çantalarında uzun müddət enerji verən, xarab olmayan, iy verməyən qidaların olmasını tövsiyə edib.

Bəs, hansı qidalar seçilməlidir?

Bildirilib ki, çantaya qurudulmuş meyvələrin qoyulması məqsədəuyğundur. Enerji verdiyi və çürümə müddəti uzun olduğu üçün bu, ən uyğun seçimdir. Çantalara asanlıqla sığışan və uzun müddət xarab olmayan digər qida peçenyelərdir.

Peçenye və kraker aclığı yatırır. Konservləşdirilmiş qidalar da uzun müddət xarab olmadığı üçün zəlzələ çantaları üçün kifayət qədər uyğundur. Həmçinin, lif, omeqa və zülal baxımından zəngin olan qidalara üstünlük verilməlidir.

Zəlzələ çantası üçün ən vacibi isə qida isə sudur. Çantanıza plastik butulkalarda bol miqdarda su qoymağı unutmayın. Enerji vermək xüsusiyyəti ilə seçilən meyvə şirəsi də əhəmiyyətlidir. Onu saxlamaq üçün əzilməyən metal qutular seçə bilərsiniz.\\Bakupost.az

Tarix: 08 fevral 2023
Baxış: 240

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş