Dünyanın ən pis yeməyi bu salat seçildi
Yakutiyada turistlərin qiymətləndirməsinə görə məşhur balıq salatı ən pis yemək seçilib.
Gender.Az xəbər verir ki, Taste saytının səsverməsinə görə “İndiqarka” salatı ən mənfi rəy alan yemək olub.
Rusiyanın ən soyuq bölgəsi olan Yakutiyanın məşhur salatında dondurulmuş balıq, soğan, bitki yağı, istiot var.
Salatın içində buz balıq kub formasında doğranır.
Xarici turistlərə bəh-bəhlə təqdim edilən salatı yeməkdə çətinlik çəkənlər ona cəmi 1,5 bal veriblər.
Reytinqdə digər yerləri Kanadada hazırlanan pitsa tort, Kambocanın hörümcək qızartması və fransız ədviyyatlı konfetləri sıralanıb.
Medicina.Az
Tarix: 07 fevral 2023
Baxış: 238
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş