Xəbər lenti
Reklam
"WhatsApp"da yeniliklər - İstifadəçilərə təqdim olundu

“WhatsApp” istifadəçilərinin işini asanlaşdırmaq üçün hər gün bir çox yeniliklər gətirir. Nəhayət, “WhatsApp” öz bloq səhifəsində yeni yeniləmələrini paylaşıb.

Gender.Az xəbər verir ki, ilk yeniləmə qrup zənglərinə aiddir. İndi “WhatsApp”da eyni anda 32 nəfərlə video söhbət edə bilərsiniz.


İkinci yenilik, video zəngdə kamera söndürüldükdə, kimin danışdığını müəyyən etmək üçün ekranda rəngli dalğa formaları görünəcək. İştirakçılardan biri mavi dalğa olduğu halda, başqa bir şəxs danışdıqda narıncı dalğa yayılacaq.


Digər yenilik isə iOS istifadəçiləri üçün nəzərdə tutulub. Hələ sınaq mərhələsində olan və gələn il təqdim olunacaq yenilənmə ilə kiçildilmiş zəng zamanı video ekranı sayəsində istifadəçilər danışıq zamanı başqa işləri də görə biləcəklər.

Bakupost


Tarix: 17 yanvar 2023
Baxış: 191

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş