Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Dollar necə hazırlanır? – Maraqlı faktlar

50 ildən çoxdur dünyanın əsas valyutası dollar hesab olunur.

"Dollar" sözü orta əsrlərdə bəzi Avropa ölkələrində metal pulları ifadə edən "taler" sözündən götürülüb. 1 dollar 100 sentə bərabərdir. Hazırda dünyada 1,2 trilyon dollar dövriyyədədir. Bəs varlığı ilə möcüzələrə yol açan, yoxluğu ilə dərd verən bu “sehirli” əskinaslar necə hazırlanır?

Dolların hazırlanması barədə maraqlı məlumatları diqqətinizə çatdırırıq.

Dollar əskinasları 8 mərhələdə hazırlanır.

75 faizi pambıq, 25 faizi isə kətan liflərdən ərsəyə gəlir. Bu tərkib əskinasın saralmasının və cırılmasının qarşısını alır. Son illərdə dollar kağızının tərkibinə xüsusi sintetik liflər də qatılır.

Dolların əskinaslarının hazırlandığı kağız yalnız bircə şirkət tərəfindən istehsal olunur. Şirkət həmin kağızı ABŞ federal orqanlarından başqa heç kimə sata bilməz.

Pullar paytaxt Vaşinqtonda və Texas ştatındakı Fort Vort şəhərindəki zavodlarda istehsal olunur. Bu zavodların ümumilikdə 3 min işçisi var. Dolların təhlükəsizliyi və sirrinin qorunması naminə həmin 3 min işçi xüsusi nəzarət altında yaşayır.

1913-cü ildən etibarən ABŞ dollarını çap etmək hüququ Federal Rezerv Sisteminin tərkibinə daxil olan 12 banka verilib. ABŞ ərazisi 12 dairəyə bölünüb və hər dairədə 1 Federal Rezerv Bankı yerləşir.

Dolları çap etmək üçün Federal Rezerv Bankı ildə 18 ton boya sərf edir. Həmin boyanın formulu da Çap və Qravür Bürosu tərəfindən sirr olaraq saxlanılır.

Dolların saxtalaşdırılmasının qarşısını almaq üçün o, vaxtaşırı yeni dizaynla tədavülə buraxılır. 1 və 2 dollarlıq əskinasların hazırlanması dövlətə 4,9 sentə, 5 dollarlıq əskinaslar 10,9 sentə, 10 dollarlıqlar 10,3 sentə, 20 və 50 dollarlıqlar 10,5 sentə, 100 dollarlıqlar 12,3 sentə başa gəlir. \\Bakupost.az

Tarix: 24 dekabr 2022
Baxış: 394

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş