Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
"Məni Qarabağda və Ermənistanda xoş qarşılamırlar" - Vardanyan

Məni Qarabağda və Ermənistanda xoş qarşılamırlar”.
Gender.Az xəbər verir ki, Rusiyanın təlimatı ilə Xankəndiyə köçən və orada özünü “dövlət naziri” adlandıran erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan etiraflar edib. O, regiona gəlişinin “həm Ermənistanda, həm də Qarabağda çoxlarını sevindirmədiyini” təsdiqləyib.
Ermənilər getdikcə daha çox Vardanyanın getməsini istəyirlər. Onlar tez-tez “Vardanyan, get Qarabağdan!”, deyirlər.
Ermənilər tədricən Vardanyanın tətbiq etdiyi sərt nəzarətdən və diktatura elementlərindən narazılıq nümayiş etdirməyə başlayıb.
Yerli əhali yavaş-yavaş anlayır ki, adı çirkli pulların yuyulması qalmaqallarında hallanan Ruben Vardanyanın əsas məqsədi heç də “Qarabağın ermənininki olaraq çiçəklənməsi” deyil, əksinə, var-dövləti hesabına daha da varlanmaqdır.
Qondarma “dövlət naziri” bu torpaqlarda bütün ən gəlirli sahələri sürətlə ələ keçirib.
Vardanyan Ermənistanı Laçın yolunun bağlanmasına “gözlənilən şəkildə” cavab vermədiyinə görə tənqid edib ki, bu da erməni hökumətini narazı salıb. \\KONKRET.az
Tarix: 23 dekabr 2022
Baxış: 437

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş