Təyyarədə niyə telefonlar söndürülməlidir?
Təyyarədə uçuş zamanı telefonun söndürülməsi və ya "uçuş rejimi"ndə istifadə edilməsinin səbəbi açıqlanıb.
Gender.Az Lent.az-a istinadən xəbər verir ki, bu barədə tanınmış stüardessa Sierra məlumat yayıb.
Onun sözlərinə görə, smartfonlar işlək vəziyyətdə olduqda elektrik tezlikləri arasında ziddiyyətlər yaranır. Bu da təyyarədəki siqnalın tamamilə itməsinə səbəb olur:
"İşlək telefonun tezliyinə görə pilot qəfildən siqnalı qarışdıra, idarəetməni də itirə bilər. Bu isə faciəyə gətirib çıxarır. Ona görə də sərnişinlər məsələyə ciddi yanaşmalıdır və uçuş zamanı telefonlarını söndürməsələr belə, "təyyarə rejimi"ndən istifadə etməlidir", - o bildirib.
Qeyd edək ki, dünyada hər gün orta hesabla 45 minə yaxın reys həyata keçirilir. Bu da təxminən 2,9 milyon sərnişin deməkdir.
Tarix: 22 dekabr 2022
Baxış: 438
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş