“Arvadından xəbəri olmayanlar efirdəkiləri qınayır”
“Ümid ilə gəl” verilişinin canlı efirində gərgin anlar yaşanıb.
Gender.az xəbər verir ki, buna səbəb proqramda iştirak edən şikayətçi xanıma ailə üzvlərinin təzyiq göstərməsi olub.
Ekspert qismində oturan teleaparıcı Rövşanə Ağasəfqızı isə əsəbiləşərək bu fikirləri qeyd edib:
“Bəzi kişilərdə belə bir problem var - Qadını sıx, alçalt, əz, təhqir et, ayaqlar altına at… Qadın sözünü demək istədikdə isə “Sənin nə haqqın var?” deyib, əxlaq damğası yapışdıracaqlar. Mən bilmirəm, efir əxlaqsızlıq yuvasıdır ya nədir? Min hoqqa çıxarılan yerdən bəzilərinin heç xəbəri yoxdur, arvadlarından, qızlarından, bacılarından xəbəri yoxdur. Efir ictimai və milyonların gördüyü yerdir”.
Olay
Tarix: 21 dekabr 2022
Baxış: 509
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş