Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Hansı BÜRC ilə DOSTLUQ möhkəm olur? - "Şir hamı ilə dostluğu sevir, AMMA"

“Dost qardaşdan irəlidir” kimi məsəllər bəzən həqiqəti, hərdən isə xəyanəti əks etdirir. İnsanların xasiyyət və xislət müxtəlifliyi dostluğa da təsirsiz ötüşmür.
Bu dəfə bürclər dostluq nöqteyi-nəzərindən araşdırılıb.
Qoç
Dostluğu bacarırlar, vəfalıdırlar və nadir hallarda satqınlıq edə bilərlər. Tez öyrəşəndir deyə dostu qoçu tərk etsə, bu mərhələni ağır keçirir. Ən çox yola getdiyi bürclər oxatan və qızdır. Xərçəng ilə xasiyyəti tutmur.
Buğa
Dostluğu bacarırlar. Amma onlarla bir az çətindir. Uzunmüddətli müşahidədən sonra pərdələri yavaş-yavaş aradan götürəcək. Qarşılarındakı insanın dinləmək bacarığına önəm verirlər. Tələbləri isə sədaqətdir. Oğlaq və dolça buğaların dostu ola bilər. Şir isə yox.
Əkizlər
İstəyir, amma bacarmırlar. Daha dəqiq desək, dostluq üçün ilk addımı atmırlar. Buna görə də ünsiyyətləri yaxşı tanış müstəvisində qala bilər. Əkizlər yaxşı dostdur, amma çılğınlıqları qıcıq doğurur. Tərəzi onlarla dostluğu bacarar, dolçada isə bu alınmaz.
Xərçəng
Dostluğu bacarır. Lakin mühit dəyişmək əhatə dairələrini yeniləyir. Köhnə dostlarını unuda bilər. Yeni dostlarda məyus olsa, köhnələrin əhatəsinə qayıdır. İrəli getmək məqsədinə görə həyatındakı insanları tez silə bilir. Şirlə dost ola bilsə də, balıqlarla bacarmır.
Şir
Hamı ilə dostluğu sevir. Sadəcə bir şeyi anlamalıdır ki, dostluq yalnız özü barədə danışmaq deyil. Amma balıqlar kimi şirləri dinləməyə hazır bürclər var. Şirlər dolça və buğanı bəyənir. Buğaya isə şirlə dostluq gərəksizdir. Xərçəng və əqrəb də şirlə yola gedir.
Qız
Necə dostluq etməli olduqlarını ən yaxşı bilənlərdir. Öz problemlərini rahatlıqla həll etdiyi üçün onlar üçün dostluq yardım, çiyninə ağlamaq məqsədli deyil. Qarşılıqlı xoş ünsiyyət tərəfdarıdırlar. Qoç və oxatanla dostluqları alınır. Əqrəb və balıqların qızla dostluğu barədə eyni sözü demək olmaz.
Tərəzi
Onlarla dostluq yelləncək kimidir. Sizi dəstəkləsələr də, çox da qeydinizə qalmayacaqlar. Yəni hər cür kömək etsə də, probleminizi sizin yerinizə həll etməyəcək. Tərəzi üçün əkizlər və oğlaq ən uyğun dost seçimidir. Şir isə yaramır.
Əqrəb
Dostluqda çox sadiqdir. Hətta dostluğu sevgidən üstün tutur. Hər istiqamətə görə 1 dostu, ümumən götürəndə 2-3 yaxını olur. Xərçəng və qızla xasiyyəti tutmur. Buğa və əkizlərlə isə möhkəm dost olurlar.
Oxatan
Sonuna kimi dostunu dəstəkləyir. Hətta şəxsi həyat probleminizin həllində yardımçı olacaq. Psixoloji stimul verəcək. Eyni münasibəti dostlarından da gözləyir. Qoç və qız bunu bacarır, amma xərçəng elə də yox.
Oğlaq
Yaşamağı öyrətməyi, məsləhət verməyi sevirlər. Kömək etmək səyləri səmimidir. Problem isə odur ki, qarşı tərəfin mövqeyin qəbul etmir. Mübahisələr isə dostluğa ziyandır. Buğa və tərəzi ilə möhkəm dost olur, şir isə oğlaqla dostluqdan qaçır.
Dolça
Səxavətli və səmimidir. Buna baxmayaraq, dostu azdır. Hərçənd dolçalar mübahisəni sevmirlər. Buğa və şirlə əla dostlaşır, əqrəblə isə yola getmir.
Balıqlar
Dost olanacan həmin insanlarla xarakteri tutuşmaya bilir. Səbəb ətrafdakıların onları çox deyingən, gileylənən saymasıdır. Balıqlar həssasdırlar. Bu isə normaldır. Şirlə dost ola bilir, xərçənglə asan alınmır.
Sonda qeyd edək ki, bürclərin dostluğu illərə görə dəyişir. \\KONKRET.az

Tarix: 10 dekabr 2022
Baxış: 386

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş