Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Donuz qripi ilə adi qripin fərqi – Belə başlayır

Son zamanlar dünyada, xüsusən Rusiyada donuz qripi aktivləşdiyindən, çox güman ki, hazırda yayılan qızdırmalı, pnevmoniyalı xəstəlik donuz qripidir.

Gender.Az xəbər verir ki, həkim Olqa Malinovskaya hazırda 3 cür infeksion xəstəliyin dominant olduğunu bildirib.

“Hələ ötən ildə ancaq koronavirus ciddi dominant idi. İndi isə qripp aktivləşib və əlavə olaraq, donuz qripi yayılıb. Ona görə qriplə donuz qripini fərqləndirmək lazımdır.

H1N1 virusunu qripdən fərqləndirən yeganə əlamət qəfil və kəskin ishal, qarın ağrısı və ürəkbulanma, qusmanın olmasıdır. Çünki donuz qripi həzm orqanlarını zədələyir və güclü intoksikasiya verir.

Digər əlamətləri oxşardır:

- Yüksək hərarət
- Baş, əzələ ağrısı
- Güclü əzginlik
- Burun axma
- Öskürək
- Gözdə qızarma

Əgər xəstəlik bir iki gün əvvəldən qarın ağrısı, həzm pozuntusu, ishalla başlayırsa, donuz qripindən şübhələnmək olar. \\Medicina

Tarix: 09 dekabr 2022
Baxış: 436

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş