“Heç bir insan, heç bir texnologiya bu dənələri bu şəkildə düzməyə qadir deyil” – “Nar haqqında nə bilirik”?
Narın içini açdığınız zaman dənələrin möhtəşəm şəkildə üst-üstə düzüldüyünü görəcəksiniz. Hər bir nar toxumu, mirvari, brilyant və yaqut kimi qiymətli daşların əvəzsiz möhtəşəm əsərlərini xatırladır. Heç bir insan, heç bir texnologiya bu dənələri bu şəkildə düzməyə qadir deyil. Nar dənələri özlərinə məxsus şəkil, üzərilərindəki incə naxışları ilə birlikdə bu gözəllikləri onlara bəxş edən əsl sənətkarı Tanrını vəsf edirlər.
O cümlədən nar orqanizm üçün inanılmaz faydalı bir meyvədir və səmavi kitablarda ən çox adı çəkilən meyvə olduğu üçün ona müqəddəs meyvə deyilir. Qurani Kərimdə 3 yerdə narın adı çəkilir (Rəhman surəsi 68 ci ayə və Ənam surəsi 99-141 ci ayədə).
Nar güclü bir antioksidant olmaqla yanaşı, virus və şiş əleyhinə xüsusiyyətlərə də malik olduğu bilinməkdədir.Xüsusilə A, C, K və E vitamini, kalium, kalsium, maqnezium və dəmir kimi minerallar ilə zəngin olmaqla yanaşı həmçinin fol turşusu baxımından zəngindir. Onun üçün də nar immunitet sistemini gücləndirmək gücünə qadirdir ki, buda öz növbəsində orqanizmin sərbəst radikallara qarşı qalxana çevrilməsi deməkdir.
Nar toxumları qırmızı rəngini polifenollardan alır və bu elementlər güclü antioksidantlardır.Nar meyvəsi həm şərabdan, həm də yaşıl çaydan üç dəfə çox antioksidan ehtiva edir və istehlakı da hər cür xəstəlik riskini azaldır. Məsələn,nar suyunun tərkibindəki antioksidantlar sərbəst radikalları aradan qaldırmağa, hüceyrələri zədələnmədən qorumağa və iltihabı azaltmağa kömək edir.
Ənənəvi olaraq Yaxın Şərqdə və Hindistanda şəkər xəstəliyinə qarşı dərman kimi istifadə olunan narın şəkər xəstəliyinə təsiri haqqında çox şey bilinməsə də, insulin müqavimətini və qan şəkərini azaltmağa kömək edə biləcəyini söyləyə bilərik.
Nar təbii ürəyə faydalı bitki kimi də tanınır. Beləki narın ürək-damar sağlamlığına böyük təsiri var. Ürəkdə baş verən xəstəliklərə qarşı qalxan rolunu oynayır və ürək-damar sağlamlığı qoruyur.Bundan əlavə nar, öskürək, astma və yuxarı tənəffüs yolları xəstəliklərinə də faydalıdır.
Nar dəmir çatışmazlığı anemiyası olan insanlar üçün inanılmaz faydalı bir meyvədir. Narın tərkibindəki dəmir qırmızı qan hüceyrələrinin sayını artırmaqla yanaşı,sağlam qan dövranını da təmin edir. Narda bol olan C vitamini də dəmirin sorulmasını asanlaşdırır. Əgər anemiya əlamətlərindən əziyyət çəkirsinizsə, səhər yeməyi zamanı 1 stəkan nar suyu için.
Mənbə: Qidaelmi.Az