Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Erkən saç ağarması hansı yaşda başlayır?

Saçların erkən ağarmasının səbəbləri stress, pis ekologiya və müəyyən elementlərin çatışmazlığı ola bilər.
Gender.az  xəbər verir ki, bu barədə "Gazeta.ru"ya kardioloq Marina Fleqontova danışıb.
O, xəbərdarlıq edib ki, 25-30 yaşda başlayan saç ağarmasını erkən yaşlanma adlandırmaq olar. Bu prosesin mexanizmi saç follikullarında melanin piqmentinin səviyyəsini aşağı salmaqdır.
"Ağ saçların əsas səbəbi oksidləşdirici stressdir, antioksidant müdafiə sisteminə artan yük və ya bu sistemin tükənməsi nəticəsində bədəndə sərbəst radikallar yığılmağa başlayır. Buna səbəb olan amillər arasında yuxusuzluq, narahatlıq, stress, kompüter və digər texniki cizahlardan yayılan radiasiya, pis ekologiya, qidalanma və pis vərdişlər də gəlir. Eyni zamanda, oksidləşdirici stress müxtəlif xroniki xəstəliklərin, aterosklerozun, hipertoniyanın və uzun müddət ərzində ürəyin işemik xəstəliklərinin, miokard infarktı, insult, beyində degenerativ proseslərin əmələ gəlməsində mühüm rol oynayır.
Erkən saç ağarmasının digər mühüm səbəbi otoimmün tiroidit və hipotiroidizm adlanır. Bu, həm də nəzarətsiz oksidləşdirici stressin xəbərçisi ola bilər. Hipotireozun korreksiyası ağ saçlara qarşı mübarizədə zəruri amildir, həmçinin dəmir, sink, mis, selen, kalsium; B vitaminləri: B6, B9, B12; amin turşuları: tirozin , fenilalanin kimi mikroelementlərin səviyyəsinə nəzarət etmək lazımdır", - deyə həkim vurğulayıb. /publika.az/

Tarix: 06 dekabr 2022
Baxış: 412

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş