Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
“Saqqal saxlamaq parazitlərin əmələ gəlməsinə səbəb ola bilər” — Mərdan Əliyev

“Son illər kişilər, xüsusən gənclər bığ-saqqala üstünlük verir. Yəni, bığ və saqqal uzatmaq populyar trendə çevrilib”.

Gender.Az bildirir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında həkim-infeksionist Mərdan Əliyev deyib. 

Onun sözlərinə görə, hər kəs bunu imic üçün saxlasa da, onlara mütəmadi olaraq qulluğun edilməsi məqsədəuyğundur:

“Düzdür, hazırkı dövrdə bunun hansısa ciddi xəstəlik törədə biləcəyi barədə hallarla rastlaşmamışıq. Düzdür, əvvəllər gigiyenik baxımdan bunun ziyanı ola bilərdi. Amma müasir dövrdə gigiyenik gözləmələr tam əlçatandır. Ona görə də, bığ və saqqalın saxlanılmasının insan orqanizmi üçün mənfi təsirləri yoxdur. Hazırda saysız-hesabsız antibakterial sabunlar mövcuddur. 

Onu qeyd edim ki, saqqalın uzun və qısa olmasının tibbi baxımdan həm xeyirli, həm də zərərli tərəfləri var. Saqqalın tez-tez qırxılması üzün qıcıqlanmasına və orada olan dərinin müəyyən fərdi xüsusiyyətinin zəifləməsinə gətirib çıxarır. Yəni, yerli immunitetin inkişafına təsir edir və bu da müəyyən xəstəlikləri qarşı ola bilər. Digər tərəfdən, saqqalın saxlanılması orada müəyyən bakteriyaların və virusların, hətta orada parazitlərin əmələ gəlməsinə də səbəb ola bilər. Təbii ki, bütün bunlar o halda mümkündür ki, onlara qulluq edilməsin və çirkli qalsın”.

Nəzrin
Tarix: 02 dekabr 2022
Baxış: 513

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş