Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
“D-vitamini” necə əldə olunur? Ən çox “D vitamini” ehtiva edən qidalar bunlardır – MÜTƏXƏSSİS ARAŞDIRMASI

D vitamini sağlam sümüklərin quruluşu və qorunması üçün vacib bir mənbədir.Bundan əlavə sümük və dişlərimiz üçün də lazım olan kalsium və fosforu mənimsənilməsinə kömək edir. Aparılan araşdırmalar D vitamininin immunitet, xərçəng, ürək-damar xəstəlikləri və diabetə faydalarını sübut edir. Bu sözləri qidaelmiaz-a Qida Məsələləri Üzrə Mütəxəssis Ağa Salamov bildirib 
Buna görə də vücudunuzun sağlam qalmasına yardımçı olmaq üçün, bütün il boyu D vitamini ilə zəngin qidaların qəbulu vacibdir. Ən çox D vitamini deposu olan qidalar bunlardır.
 
1.Quyruq yağı
D vitamini ən çox qoyun quyruğunda olur.Qoyunlar günəş işığını demək olar ki, öz bədənlərində depolayırlar .Bu gün D vitamini kimi qəbul etdiyiniz dərmanların xammalının qoyunların tükündən alındığını bilirdinizmi?Bəzən quyruq yağının damarları tıxadığın deyən dırnaqarası “mütəxəssislər” də peyda olurlar.Ancaq deyilənlərin tam əksi olaraq, quyruq yağı damarları tıxamır və pis xolesterini yüksəltmir,əksinə damarları açıb tıxanıqlığı aradan qaldırır.Quyruq yağını güvəndiyiniz qəssabdan alıb 1sm aralıqlarla doğrayıb orta odda əridə bilərsiniz.Qoxusunu aradan qaldırmaq üçün isə,əridən zaman quyruq yağına hil əlavə edə bilərsiniz.
2. Yağlı balıqlar
D vitamini ilə zəngin qidalar arasında yağlı balıqlar çox vaxt siyahıya başçılıq edir.D vitamini yağda həll olunan vitamin olduğundan yağlı balıq seçimi ən unikal seçimdir. Vitamin D soyuq sularda yaşayan (süni olmayan) qızılbalıqlarda da daha çox olur.
3.Yumurta sarısı
Yalnız yumurtanın ağını yeyirsinizsə, onun bir çox faydasını ala bilməyəcəksiniz. Zülalın çoxu yumurtanın ağında olur, lakin sağlam yağlar, vitaminlər və minerallar (o cümlədən D vitamini) daha çox sarısında olur. Günəş işığında açıq havada gəzib eşələnən toyuqların yumurtası, broyler toyuqlardan daha çox D vitamini ehtiva edir.
4.Göbələk
Göbələklər D vitamininin yeganə təbii bitki mənbəyidir. İnsanlar kimi, göbələklər də günəşə məruz qaldıqda vitamin sintez edə bilirlər. Göbələklərdəki vitamin D miqdarı həm məhsuldan əvvəl, həm də məhsul yığımından sonra ultrabənövşəyi şüaların təsiri ilə artır. Göbələklər vitaminin (Vitamin D2) bir qədər fərqli variantını istehsal edir, lakin bu, orqanizm üçün faydalıdır.
5. Mal qara ciyəri
Qaraciyər faydaları saysız-hesabsızdır. Ən böyük faydalarından biri D vitamininin əvəzsiz mənbəyi olmasıdır. 85 qram qaraciyərdə 42 IU D vitamini var ki, bu da gündəlik ehtiyacınızın dörddə birini təşkil edir. Həm də dəmir və B12 baxımından olduqca zəngindir. Bu səbəbdən xüsusilə qış aylarında süfrələrimizdən qaçırmamalı olduğumuz qidalardan biridir.


Tarix: 26 noyabr 2022
Baxış: 422

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş