Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Brüs Linin ölüm səbəbi 50 ildən sonra MƏLUM OLDU

Dünyaca məşhur Hollivud ulduzu və döyüş sənəti ustası Brüs Linin ölümü ilə bağlı yeni təfərrüatlar məlum olub.
Gender.Az bildirir ki, Honq-Konq əsilli amerikalı aktyor və döyüş sənəti ustası Brüs Li 20 iyul 1973-cü ildə 32 yaşında vəfat edib.
Həmin illərdə aparılan yarılma nəticəsində Brüs Linin beyin şişməsi səbəbindən öldüyü və Equagesic adlı ağrıkəsicidən istifadə etdiyi göstərilib. Yeni araşdırmalar Hollivud əfsanəsinin hiponatremiyadan ölə biləcəyini üzə çıxarıb.
Ekspertlər "Böyrəyin artıq suyu xaric edə bilməməsinin Brüs Lini öldürdüyünü düşünürük" - deyə bildirib. Böyrək xəstəlikləri üzrə mütəxəssislərin imzaladığı araşdırmada beyin ödeminin səbəbinin qanda natrium konsentrasiyasının azalması (hiponatremiya) ola biləcəyi yazılıb. Həkimlər Linin ölməzdən əvvəl marixuana və su içdiyini nəzərə almaqla istehlak etdiyi suyun böyrəkləri üçün çox ola biləcəyini müəyyən edib. Bu vəziyyətin beyində ödem əmələ gətirdiyi bildirilib. Çünki beyin ödemi qanda natrium konsentrasiyasının azalması ilə bağlı idi. Li öləndə beyninin çəkisi 1575 qram idi. Normalda isə 1400 qram olmalı idi. Mütəxəssislər araşdırmanın nəticəsi olaraq Brüs Linin böyrək funksiyası pozğunluğundan ölmə mövzusuna diqqət yetirdiklərini açıqlayıb.
Həyat yoldaşı Linda Bryusun ölümünə qədər maye əsaslı kök və alma suyu pəhrizində olduğunu açıqlayıb. Maraqlıdır ki, bu izah mütəxəssislərin fərziyəsini dəstəkləyir. Bu nəticələr Linin ölümünün 50 illik sirrini açmış kimi görünsə də, bəziləri hələ də onun Çin qanqsterləri tərəfindən öldürüldüyünü və ya hətta qısqanc bir sevgilisi tərəfindən zəhərləndiyini iddia edirlər. Onun günəş və istilik vurmasından öldüyünü iddia edənlər də var. \\Sfera.az

Tarix: 21 noyabr 2022
Baxış: 237

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş