Tarixdə bəzi iri miqyasda soyğunçuluq edən şəxslər olun ki, polisə yaxalanmamaq üçün mükəmməl planlar qurublar. Bu oğruların çoxu qaçmağı bacarıb və yoxa çıxıblar.
Gender.Az sizin üçün tarixin ən maraqlı soyğunlarından bir neçəsini təqdim edir.
1. 18 mart 2003-cü ildə İraq Mərkəzi Bankından 1 milyard dollar oğurlanıb.
2003-cü ildə, İraq müharibəsi başlamazdan bir gün əvvəl böyük quldurluq hadisəsi baş verdi. Bu oğurluğun arxasındakı şəxs İraqın o zamankı prezidenti Səddam Hüseyndən başqa heç kim ola bilməzdi. Səddam Hüseyn xaos yaxınlaşdığını anlamışdı. O, oğlu Qusay və komandasını İraq Mərkəzi Bankından təxminən 1 milyard dollar çıxarmaq üçün göndərir. Onlar külli miqdarda nağd pulla bankdan çıxıblar. Talan edilmiş pulların böyük hissəsi mikroavtobuslara basqın edən Amerika əsgərləri tərəfindən ələ keçirilir. Bu əsgərlər aldıqları pulun onların haqqı olduğunu düşünürdülər. Daha sonra keçirilmiş əməliyyatlar zamanı soyğunda iştirak edən otuz beşə yaxın əsgər qanunsuz əməldə iştirak etdiklərinə görə həbs edilmişdi.
2. Dar es Salaam İnvestisiya Bankının qarət edilməsi
11 iyul 2007-ci ildə İraq Mərkəzi Bankından sonra ikinci ən böyük 300 milyon dollarlıq soyğunçuluq hadisəsi baş verdi. Oğurluqla bağlı əksər təfərrüatlar məlum deyil. Məlumata görə, oğurluğun təşkilində bir qrup bank işçisi əlbir olub. Bəzi fərziyələrə görə, cinayətkarlar İraqın yüksək vəzifəli şəxsləri ilə əlaqəli idilər, buna görə də onlar asanlıqla hərbi və ya polis nəzarət məntəqələrindən qaça biliblər. Oğurluğun digər təfərrüatları üzə çıxmayıb və əsl günahkarlar tutulmayıb.
3. Knightsbridge Təhlükəsizlik Depoziti oğurluğu
Valerio Viccei 1980-ci illərin ən çox axtarılan quldurlarından biri idi. Viccei İtaliyada əllidən çox silahlı quldurluq törətməkdə ittiham olunan vəkilin oğlu idi. 1987-ci ildə Viccei oğurluğu həyata keçirmək üçün Londondakı Knightsbridge Təhlükəsizlik Depozitinə yola düşür. Əvvəlcə Viccei və onun köməkçisi banka daxil olanda seyfləri tələb edib. Lakin işçilər seyfi göstərən kimi Viccei onları üstələyib və dəstəsini banka çağırıb. Dəstə mümkün qədər çox seyf boşaltmağa başlayıb və nəticədə təxminən 100 milyon dollarlıq oğurluq baş verir. Viccei daha sonra Cənubi Amerikaya qaçır. O, Ferrarisini götürmək üçün İngiltərəyə qayıdanda yaxalanıb.
4. Securitas Depo oğurluğu
2006-cı il fevralın 12-də İngiltərənin Kent şəhərindəki Sekuritas deposunda baş vermiş oğurluq Britaniya tarixində ən böyük pul oğurluqlarından biri idi. Mühafizə xidməti şirkətinə soxulan oğru dəstəsi icra başçısını və ailəsini girov götürüb. İşçilər Securitas Depotunda seyfləri çıxarmalı olublar. Soyğunçular seyfləri açıb çantalarını çoxlu pulla doldurublar. Onlar anbarı təxminən 53 milyon funt sterlinqlə tərk ediblər. Soyğunçular üzlərini gizlətmələrinə baxmayaraq yaxalanıblar. Çoxları hələ də həbsdədir.
5. Banco Central soyğunçuluğu
Braziliyadakı Banco Centralda baş verən soyğunçuluq dünyanın ən diqqətlə planlaşdırılmış oğurluqlarından biri olaraq qalır. Banco Central oğurluğu hətta dünyanın ən böyük bank quldurluğu kimi Ginnesin Rekordlar Kitabına düşüb. 25 nəfərlik dəstə oğurluğu törətməzdən üç ay əvvəl planlarını həyata keçirməyə başlayıb. Onların abadlıq işləri apardıqlarını iddia etmək və bank anbarına 78 metr dərinlikdə tunel qazmaqları təxminən üç ay çəkib. 6 avqust 2005-ci ildə baş verən soyğunda oğrular təxminən 71,6 milyon dollar oğurlayıblar. Daha sonra dəstənin 8 üzvü həbs edilib. Digərləri haqqında hələ də məlumat yoxdur.
6. Brinks Mat quldurluğu
26 noyabr 1983-cü ildə Brinks Mat anbarında təşkil edilən oğurluq əsrin cinayəti kimi tanınır. Məlumatlara görə, Brinks Mat oğurluğu şirkətdən biri tərəfindən həyata keçirilib. Hadisə baş verən səhər Brinks Matın mühafizəçisi Entoni Blek quldur dəstəsini şirkətin anbarına buraxıb. Dəstə üzvləri digər mühafizəçiləri bağlayaraq quldurluğa başlayıblar. Onlara nəinki böyük məbləğdə nağd pul, həm də qızıl və brilyant tapmaq qismət olub. Təxminən 41 milyon dollar oğurlanıb.
7. Belfastın Şimal Bankı soyğunçuluğu
2004-cü il Milad bayramından bir həftə əvvəl özünü polis kimi təqdim edən bir neçə quldur iki bank menecerinin evinə soxulmuşdu. Onlar bank işçilərinin ailələrini onların göstərişlərinə əməl olunana qədər girov götürüblər. Ertəsi gün bank rəhbərləri işə gedəndə oğrulara banka girməyə kömək edib. Burada onlar 41 milyon dollar oğurluq ediblər. Bu, İrlandiyada ən böyük bank quldurluğu kimi tanınır. \\Sfera.az