Xəbər lenti
Reklam
Günəş tutulması olacaq - Astroloqlar yoxsa Seysmoloqlar düzgün proqnoz verir?

25 oktyabr Günəş tutulması baş verəcək. Günün birinci yarısı 12:40 da başlayıb 15:05-ə qədər davam edəcək Günəş tutulması insanlara, xüsusən də ayrı-ayrı bürclərə necə təsir edəcək ?
Gender.Az mütəxəssislərin verdiyi proqnozları təqdim edir.
25 oktyabr 2022-ci il çərşənbə axşamı Əqrəb bürcündə baş verəcək Günəş tutulması ilin ən mühüm hadisəsi hesab olunur. 2 həftə sonra, 8 noyabr 2022-ci ildə isə Ay tutulması baş verəcək. Oktyabrın 25-də baş verən Günəş tutulması zəlzələ ilə bağlı narahatlıqları artırsa da, astroloqlardan daha qorxulu proqnozlar gəlir.
Günəş tutulması Əqrəb bürcündə olduğu üçün astroloqlar bunun qırılma xətlərinə təsir edə biləcəyini vurğulayırlar.Aktiv seysmik zonalarda zəlzələ inkar edilmir. Seysmoloqlar Türkiyədə 17 Avqust 1999-cu il zəlzələsinin də günəş tutulmasından 6 gün sonra baş verdiyinə diqqət çəkir.

Astroloqlar da Günəş tutulmasından narahatdır.


Tutulma həftələrində baş verən hadisələri idarə etmək asan olmaya bilər; xüsusən də əqrəb bürcü tutulması. Tutulmaların müddəti bəzən yeni ay və tam ay kimi orta hesabla 10 gün deyil, aylarla davam edə bilər. Oktyabrın 25-də bizi Veneranın hakim olacağı Əqrəb bürcü,həm də Günəş tutulması gözləyir. Sabit ulduz - “miaplacidus” tutulma zamanı aktiv olacaq.
Xüsusən qadınlarda böyük sıxıntılar, cinsi istək, intim münasibətlərlə bağlı böyük böhranlar gözlənilir.

BU TUTULMA CİNSİ HƏYATA TƏSİR EDƏCƏK

Əqrəb bürcündə Günəş tutulması; emosional olaraq ilişib qaldığımız, ifrat dərəcələr arasında irəli-geri getdiyimiz bir prosesdir və çox yorucudur. İntim münasibətlərdə riskli dövrlərdəyik, buna görə diqqətli olun.
Venera tutulması daha təsirli olacağından qadınlarla münasibətlərinizdə daha diqqətli olmalısınız. Sevgi həyatında böyük dəyişikliklər və böhranlar baş verə bilər. Ümidsiz sevgilərin arxasınca qaçmayın. Münasibətlərdə inam məsələsi ciddi sınaqdan keçə bilər. Yaxud şəxsi həyatda bir sıra cinsi problemlər də baş verə bilər.

Dünyada nələr gözlənilir ?

Bu tutulma Venera ilə birlikdə olduğu üçün qadınlar cinsiyyət, qızıl, incəsənət, teatrın təsiri altında ola bilər.
Tutulma Əqrəb bürcündə olduğu zaman ölüm, radioaktiv materiallar, borclar, vergilər, oğrular, seksuallıq, xarici ölkələrlə maliyyə əlaqələri, cinayətlər, ictimai təhlükəsizlik, mafiya, gizli təşkilatlarla bağlı məsələlər ön planda ola bilər.
Özəlliklə məşhur və istedadlı qadın sənətçilərin ölümləri gözlənilir.
Əqrəb yeraltı dünya ilə bağlı hər cür məsələləri simvollaşdırır. Bu tutulma prosesi böyük zəlzələlərə səbəb ola bilər. Yaxud gizli və məxfi şəkildə həyata keçirilməsi nəzərdə tutulan hadisələrə gətirə bilər. Bundan əlavə, dünyada inanclar və ya dini məsələlərlə bağlı iğtişaşlar ola bilər. Miaplazidus ulduzu tutulma zamanı aktiv olacaq. Bu ulduz dənizlər, gəmilər, gəmi işçiləri ilə əlaqəli bir ulduzdur. Dənizdə yarana biləcək fəlakətlər, problemlər, qəzalar gözlənilir.\\Sfera.az

Tarix: 25 oktyabr 2022
Baxış: 354

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş