Xəbər lenti
Reklam
Hansı bürclərin başına tale quşu qonacaq?

Hər il olduğu kimi bu ilin sonunda da astroloqlar yeni ilin uğurlu bürclərini açıqlayıb.

2023-cü il bir çoxları üçün dəyişiklik ili olacaq. Hansı bürclərin bəxti gətirəcək? Xoşbəxtlik və şans onları il boyu izləyəcək?

Gender.Az astroloqların bu il şansları ən çox gətirəcək dediyi bürclərin siyahısını təqdim edir.

Hava ünsürlü bürclər bu il çox şanslıdır.

Əkizlər

Uzun müddətdir ki, Əkizlər bürcünün bəxti gətirmirdi. Bununla belə, yadda saxlamaq lazımdır ki, 2023-cü il Dolça dövrüdür və hava ünsürlü bürclər bu dövrdə mütləq öz yerini tapacaq. Əkizlər bürcü də bu il şanslı olanlar sırasındadır. İl boyu yaradıcı işlərlə məşğul ola və karyeranızda irəli gedə bilərsiniz. Sağlamlıq baxımından fiziki və zehni olaraq sizin üçün nəyin yaxşı olacağını kəşf edəcəksiniz. Sevgidə də şansınız yüksəkdir. Flörtlər qapınızdan əskik olmayacaq.

Xərçəng bürcü bu il həssaslığı unudacaq


Ən emosional bürclərdən olan Xərçənglər 2022-ci ilin sonunda artıq bundan bezəcəklər . Daim pis niyyətli insanlarla qarşılaşmaqdan, özlərinə vaxt ayıra bilməməkdən şikayətlənirlər. Bu artıq tarix olacaq. 2023-cü il karyerada böyük yenilik və müsbət dinamikaya doğru irəliləyişə işarə edir. Bu il bir çoxunuz sabit və müsbət reputasiya qazana biləcəyiniz bir iş tapa biləcəksiniz. Sevgi istəyənlər üçün ilin ikinci yarısı sürprizlərlə dolu olacaq.


Ulduzların Dolça ilə müharibəsi nəhayət başa çatacaq.

Dolça bürcü yeni ildən etibarən Saturnun qəzəbindən qurtulacaq. Sanki yenidən doğulacaqlar. Həyatda yaxşı şeylərin olduğuna da şahid olacaqlar. Uğur onları təqib edəcək və buraxmayacaq. Xüsusilə səhhətlərində də hər şey qaydasına düşəcək. O qədər həyəcanlı bir sevgiyə başlaya bilərlər ki, hətta özləri də inanmayacaq.

2023-cü ilin ən şanslıları Oxatanlardır

Bu il heç bir bürc Oxatan qədər şanslı ola bilməyəcək. Oxatan - ilin ən xoşbəxti olacaq, sevincli xəbərlər alacaq və çoxlu pul qazanacaq. Bu il həm sevgidə, həm də karyerada gülümsəyəcəklər. Həyatın monotonluğundan yorulanlar üçün çox əla bir il gəlir. \\Sfera.Az

Tarix: 22 oktyabr 2022
Baxış: 427

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş